Vergi məsləhəti

17.07.2024C&S Group 353

 

Vergi məsləhəti, sizin cərimə və sanksiyalardan mühafizənizdir!

Vergi məsləhəti xidməti nədir?

Bu gün bizneslə məşğul olan hər kəs vergi qanunvericiliyi ilə bağlı məsələlərlə üzləşir.Vergi qanunvericiliyi və Vergi Məcəlləsi  o qədər mürəkkəb və spesifikdir ki, bunu sərbəst, vergi konsultasiyası almadan başa düşmək mümkün deyil.

Dünyanın əksər inkişaf etmiş ölkələrində vergi konsultasiyası sahibkarlıq fəaliyyəti kimi uğurla inkişaf edir. Beynəlxalq təcrübə göstərir ki, vergi məsləhətləri xidməti biznesin inkişafına, ölkələrin iqtisadiyyatında vergi mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.

Vergi konsultasiyası aşağıdakıları əhatə edir:

-konkret vəziyyətlərdə vergi məcəlləsinin səmərəli tətbiqinə dair vergi məsləhətləri xidmətinin göstərilməsi;

-vergi növləri üzrə ödəmələrdə ən yaxşı həll yollarını müəyyən etmək üçün tövsiyələrin hazırlanması;

-mühasibat yaxud vergi uçotu, hesabatların, o cümlədən, vergi bəyannamələrinin tərtibi istiqamətində məsləhətlərin verilməsi, internet vergi idarəsi tərəfindən gələn sualların cavablandırılması;

-vergi məsləhətləri xidmətləri üçün müraciət etmiş fiziki və hüquqi şəxslərin maraqlarının Dövlət Vergi Xidməti orqanlarında və digər qurumlarda təmsil olunması.

Azərbaycanda vergi xidmətləri bazarında vergi məsləhətləri verən çox saylı iştirakçılar vardır.Bu bazarın təcrübəli rəqibi C&S Group sizə Bakıda vergi konsultasiyası xidməti təklif edir.

Autsorsinq çərçivəsində fəaliyyət göstərən şirkətimizin ixtisaslı ekspertləri biznesiniz üçün sərfəli həll yollarını tapmaqda kömək edəcək. Siz, bizimlə qanunu pozmadan pulunuza qənaət edə bilərsiniz.

Aşağıdakı hallarda vergi eskpertləri ilə məsləhətləşməyə ehtiyacınız ola bilər:

-razılaşmaların vergi nəticələrini qiymətləndirmək yaxud həyata keçirilən əməliyyatların vergi uçotunu başa düşmək lazım gəldikdə;

-vergitutma nöqteyi-nəzərindən idarəetmənin optimal sxemini seçmək lazım olarsa;

-Dövlət Vergi Xidmətindən çağırış gəlib, müəssisənizin əməkdaşları oraya çağırılıb yaxud vergi yoxlaması təyin olunub və siz müfəttişlərin hərəkətlərinin qanuniliyini qiymətləndirmək istəyirsiniz;

-Vergi Məcəlləsinin , vergi qanunvericiliyinin tətbiqinə dair sizdə hər hansı sual yarandıqda.

Vergi konsultasiyası xidmətindən istifadə biznes risklərini minimuma endirmək, cərimələrə səbəb olan səhvlər ehtimalını azaltmaq üçün bir fürsətdir.

Bu sahədə niyə bizi seçməlisinız?

Sahibkarlar, daha çox vergi yoxlaması prosesində problemlər yarandıqda vergi ekspertlərinə müraciət edirlər. Bu isə problemin həllini mürəkkəbləşdirir. Əgər vergi konsultasiyası xidmətinə vaxtında müraciət etsəniz, bir çox istənilməz nəticələrin qarşısı öncədən alına bilər.

Mütəxəssislərimiz vergi əməliyyatları üzrə nəticələrin düzgünlüyü üçün sizə ən yaxşı biznes qərarını verməkdə kömək olacaq. Onların vergi uçotu üzrə təcrübəsi , bilik və bacarıqları vergi orqanlarının şirkətdə hansı qanun pozuntusu əlamətləri görə biləcəyini başa düşməyə, bu barədə müştərini vaxtında xəbərdar etməyə, habelə, vəziyyəti düzəltmək üçün hüquqi cəhətdən effektiv yollar təklif etməyə kömək edir.

Bizim ekspertlər Dövlət Vergi Xidmətinin yoxlamaları,digər nəzarət tədbirləri zamanı sizə lazımı köməkliyi göstərər, müfəttişlərin suallarının, tələblərinin qanuniliyini qiymətləndirər, lazımı sənədlər toplusunun hazırlanmasına kömək edər.Nəticədə sahibkarın hüquq pozuntusuna görə məsuliyyətə cəlb edilməsi riskləri əhəmiyyətli dərəcədə azalar.

Vergi İdarələri ilə AR Vergi Məcəlləsində müəyyən edilmiş qarşılıqlı ünsiyyət qaydalarına kameral yoxlamalar çərçivəsində əməl edilməsi sizin hesabları sanksiyalardan, cərimələrdən qoruyar, ƏDV əvəzləşdirilməsini vaxtında aparmağa imkan verər. Kameral yoxlamalar üzrə sənədlər, internet vergi idarəsinə gələn məktublara cavabların verilməsinə dair sualları tərəddüd etmədən C&S Group –un mütəxəssislərinə yönəldə bilərsiniz.

Xidmətlərimiz rəsmi müqavilə əsasında göstərilir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın