01.01.2023-cü il tarixindən qüvvəyə minəcək Vergi Məcəlləsində edilmiş dəyişiliklərə əsasən Şəhadətnamə-dublikat (bank hesablarının açılması) anlayışı artıq istifadə olunmayacaq. 35-ci maddə tamamilə dəyişdirildi. Əvvəl bank hesabı açmaq üçün Vergi orqanına məlumat verilirdi, vergi orqanıda banklara məlumat verirdi. Artıq bu dəfə əksinə olacaq. Bank hesabı açmaq üçün vergi ödəyicisi birbaşa banka müraciət edəcək. Bank, hesabın açılması üçün məlumatı 1 iş günü müddətində vergi orqanına təqdim edəcək.