Vergi konsaltinqi

08.09.2025C&S Group 97

 

Vergi öhdəliklərinizi minimuma endirən və sizə dəstək olan etibarlı konsaltinq xidməti axtarışındasınız? C&S Group bu məsələdə sizə kömək edəcək!

Azərbaycanda fəaliyyət göstərən aparıcı konsaltinq şirkəti olaraq, biz sizə müxtəlif növ vergi konsaltinq xidmətləri təklif edirik. Məqsədimiz sizin vergi mövqeyinizi optimallaşdırmaq və onun yerli vergi qanunvericiliyinə uyğunluğunu təmin etməkdir.

Peşəkarlardan ibarət komandamız yerli və beynəlxalq vergi qanunvericilikləri haqqında geniş biliyə malikdir. Biz qanunvericilikdə olan ən son dəyişikliklərindən xəbərdarıq və məsələyə uyğun fərdi həllər təqdim edirik.

Təklif etdiyimiz xidmətlərə vergi planlaması və strategiyası, vergi sənədlərinin uyğunlaşdırılması, vergi konsaltinqi, vergi auditi və mübahisəli vergi məsələlərinin həlli daxildir. Xidmətlərimizdən bəzilərini qeyd edirik:

-sadələşdirilmiş vergi bəyannaməsi:  dövriyyəsi limitli olan kiçik müəssisələr üçün sadələşdirilmiş vergi bəyannaməsidir;

-ƏDV bəyannaməsi: müştərilərimizə ƏDV-nin qeydiyyatı, qanunvericiliklə uyğunluğu və optimallaşdırılması ilə bağlı dəstək oluruq. Bununla yanaşı, ƏDV bəyannamələrinin hazırlanması və hesabatların göndərilməsinə kömək edir, həmçinin ƏDV ilə bağlı məsələlər üzrə məsləhətlər veririk;

-fiziki və hüquqi şəxslərin gəlir vergisi bəyannaməsi: biz fərdi sahibkarlar və hüquqi şəxslərə yerli vergi qaydalarına uyğun olaraq gəlir vergisi bəyannamələrini hazırlamağa və hesabatların göndərilməsinə kömək edir, həmçinin, gəlir vergisinin optimallaşdırılması ilə bağlı məsləhət veririk;

-muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə: müştərilərimizə muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannaməni vaxtında və dəqiq təqdim etməkdə kömək edirik;

-statistika hesabatı: dövlətin mövcud siyasətinə uyğun olaraq Dövlət Statistika Komitəsinə aylıq, rüblük, illik hesabatları təqdim edirik.

Məqsədimiz vergi yoxlamalarında sizi təmsil edib, audit prosesinə hazırlaşmağınıza kömək etmək, bütün vergi öhdəliklərinizi yerinə yetirərək işinizi asanlaşdırmaqdır.

Əgər etibarlı vergi konsaltinqi xidməti axtarırsınızsa, C&S Group sizə bu işdə dəstək olacaqdır. Vergi məsələlərini optimallaşdırmaq və maliyyə hədəflərinizə çatmaq üçün bizimlə əlaqə saxlayın!

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın