Vergi hesabatlılığı xidməti

09.09.2024C&S Group 338

 

Vergi , dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin mənimsəməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi uçotu, mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur. Eyni zamanda, vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir.

Vergi uçotunun əsəs məqsədi müəssisədə baş vermiş təsərrüfat əməliyyatlarının vergi məqsədləri üçün necə uçota alınması barədə tam və düzgün məlumatların formalaşmasıdır.

Vergi auditi üzrə Sizə aşağıdakı xidmətləri təklif edirik:

-müəssisənin AR vergi qanunvericiliyinə uyğunluğu, vergi hesabatlarının düzgünlüyünün təsdiq edilməsi;

-fiziki və hüquqi şəxslərin verginin hesablanması və ödənilməsi üzrə konsultasiyası;

-vergi yoxlamalarının müşahidəsi və vergi yoxlamasının aktı üzrə etirazların hazırlanması.

Vergi hesabatlılığının aparılmasında yardım:

-ərizələrin, şikayətlərin, xahişlərin və digər prosessual sənədlərin hazırlanması;

-nəzərdə tutulan sazişlərin vergi nəticələrinin qiymətləndirilməsi;

-vergi planlaşdırma və uçotu sisteminin qurulması;

-vergi uçotunun aparılması, vergi bəyannamələrinin tərtib edilməsi və AR qanunvericiliyi əsasında ödəniləcək vergilərin hesablanması.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın