Vergi auditinin əsas məqsədi, şirkətinizin vergi öhdəliklərinin düzgün hesablandığını, qanunvericiliyə uyğun fəaliyyət göstərdiyini və vergi risklərinin minimuma endirildiyini təmin etməkdir. Biz, vergi yoxlamaları, vergi ödəmələrinin dəqiqliyi və vergi planlaşdırılması sahəsində peşəkar vergi auditi xidmətləri təqdim edirik.
Vergi auditi sizə nə qazandırır?
-vergi öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin edir , hesablamaların və sənədlərin dəqiqliyini yoxlayırıq;
-mümkün vergi risklərini erkən aşkarlayır və aradan qaldırır, qanunvericiliyə uyğunluq səviyyəsini artırırıq;
-vergi yoxlamaları zamanı problemlərin qarşısını alır, dövlət qurumları ilə əlaqələri asanlaşdırırıq;
-vergi ödəmələrinin optimallaşdırılmasına kömək edir, qanuni yollarla vergi yükünü azaltmaq üçün məsləhətlər veririk;
-maliyyə və mühasibat uçotunun şəffaflığını təmin edir, dəqiq və etibarlı vergi uçotu aparılmasına dəstək oluruq.
Vergi auditi üzrə xidmətlərimiz hansılardır?
-vergi məsələlərinin təhlili - şirkətinizin vergi uçotunun qanunvericiliyə uyğun aparıldığını yoxlayırıq;
-vergi öhdəliklərinin yoxlanılması - vergi bəyannamələrinin düzgün doldurulmasını təmin edirik;
-vergi risklərinin qiymətləndirilməsi - mümkün problemləri müəyyən edərək risklərinizi minimuma endiririk;
-vergi planlaşdırılması və optimallaşdırılması - qanuni yollarla vergi yükünüzü azaltmaq üçün strategiyalar təklif edirik;
-vergi yoxlamalarına hazırlıq - dövlət qurumlarının yoxlamaları zamanı ortaya çıxa biləcək problemləri əvvəlcədən müəyyən edirik.
Biz, peşəkar komandamız ilə vergi öhdəliklərini düzgün idarə etmənizə, mümkün risklərin qarşısının alınmasına və qanunvericiliyə tam uyğun fəaliyyət göstərməyinizə kömək edirik.
Xidmətlərimiz özündə cəmləşdirir:
-şirkət və sənədlərin ilkin analizi, zəruri sənəd və məlumatların siyahısının tərtibi, audit strategiyasının hazırlanması;
-maliyyə hesabatlarının, mühasibat qeydlərinin və əməliyyatların dəqiqliyinin yoxlanılması, risklərin və maliyyə pozuntularının aşkarlanması;
-təsdiqləyici sənədlərin araşdırılması, daxili nəzarət sisteminin qiymətləndirilməsi, təsdiqedici sorğuların göndərilməsi;
-audit rəyinin hazırlanması və təqdimi;
-nəticələrin idarəedilməsi və tövsiyələr - aşkarlanan problemlər üzrə tədbir planı hazırlanır, risklərin azaldılması və maliyyə şəffaflığının artırılması üçün tövsiyələr verilir, gələcək auditlər üçün strategiyalar müəyyən edilir.