C&S Group korporativ müştərilərinə gündəlik fəaliyyətinin tam hüquqi müşayiət olunması ilə bağlı ümumi hüquqi dəstək xidmətləri göstərir.
Bunlara daxildir:
- Müxtəlif növ sənədlərin (müqavilələr, əlavə razılaşmalar, aktlar, əmrlər, rəsmi yazışmalar, protokollar, hesabatlar və digər sənədlər) tərtib olunması;
- Müxtəlif növ sənədlərin hüquqi ekspertizası, onlara dair hüquqi rəylərin verilməsi;
- Müştərilərimizin müxtəlif qurumlar və şəxslər qarşısında təmsil olunması;
- Hüquqi yanaşma tələb edən görüşlərdə birgə iştirak;
- Müştərilərimizin cari fəaliyyəti ilə əlaqəli olan bütün digər gündəlik məsələlərin hüquqi tənzimlənməsi.
Şirkətiniz üçün peşəkarlar tərəfindən hüquqi müşayiətin üstünlükləri:
1. İlk növbədə istənilən müstəvidə: həm daxili, həm də xarici əlaqələrdə bu sizin daha etibarlı və qanunvericiliyə uyğun fəaliyyət göstərən tərəfdaş olduğunuzu təsdiq edir;
2. Mütəmadi hüquqi dəstək şirkətinizin üzləşə biləcəyi problemlərə/risklərə reaktiv deyil (hadisə baş verəndən sonra), proaktiv (hadisə baş verməmişdən əvvəl) yanaşmaq imkanı verir. Proaktiv olmaqla siz, şirkətinizin biznes risklərini azaltmış olursunuz;
3. Şirkəti böyük risklərdən və maliyyə itkilərindən qoruyaraq işgüzar nüfuzunuzu qorumağa yardımçı olur.
C&S Group komandasının bu sahədə təcrübəsinə tam güvənə bilərsiniz.