Uçotda olmayan fiziki şəxslərdən mal alışının rəsmiləşdirilməsi

22.06.2023C&S Group 314

 

Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı necə rəsmiləşdirilməlidir?

Bizim MMC abadlıq işləri ilə məşğul olur. Azərbaycanın müxtəlif bölgələrindəki kəndlərdən vergi ödəyicisi olmayan şəxslərdən həyət ətrafı sahələrində becərdikləri ağac və gül kolları alırıq. Bu zaman alınmış məhsulların qeydiyyatı hansı formada aparılmalıdır? 
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Eyni zamanda, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci maddəsi.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın