Ticarət və xidmət subyektlərində quraşdırılan POS-terminallar haqqında

18.07.2022C&S Group 1049

 

Ticarət və xidmət subyektlərində quraşdırılan POS-terminallara hansı texniki tələblər qoyulub?

Dövlət Vergi Xidmətindən bildirilib ki, təsərrüfat subyektlərində quraşdırılan və istifadə edilən POS-terminallar aşağıdakı texniki tələblərə cavab verməlidir:

- POS-terminal ən azı Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş beynəlxalq və lokal ödəniş kartlarının qəbulu, o cümlədən təmassız ödənişlərin aparılması imkanına malik olmalıdır;

- POS-terminalda kartlar vasitəsilə PİN kodun daxil edilməsi tələb olunan əməliyyatların aparılması üçün nəzərdə tutulmuş klaviatura olmalıdır;

- POS-terminalın texniki parametrləri bank ekvayer və ya xidmət mərkəzi tərəfindən dəstəklənmə imkanlarına malik olmalıdır.

Əsas: “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1-ci maddəsi.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın