Biznesin uğurlu idarə olunması düzgün maliyyə planlaması, şəffaf hesabatlılıq və strateji yanaşma tələb edir. Şirkətimiz fəaliyyətinizi daha sistemli, təhlükəsiz və effektiv qurmaq üçün kompleks və peşəkar xidmətlər təqdim edir. Mühasibatlıq xidməti axtarışında olan sahibkarlar üçün ən vacib məsələ vaxtında və düzgün hesabatlılıqdır. Şirkətimiz tam mühasibat müşayiəti üzrə xidmətlər təklif edir.
Vəzifəmiz:
-mühasibat uçotunu müvafiq qanunvericilik və standartlara uyğun təşkili və aparılması;
-vergi öhdəliklərinin düzgün hesablanması və vaxtında icrasının təmin edilməsi;
-maliyyə hesabatlarının obyektiv və etibarlı şəkildə hazırlanması;
-audit və daxili nəzarət mexanizmlərinin tətbiqi ilə risklərin azaldılması;
-insan resursları uçotunun və əmək münasibətlərinin hüquqi çərçivədə idarə olunması;
-biznes proseslərinin təhlili və optimallaşdırılması üzrə əsaslandırılmış tövsiyələrin verilməsi.
Məqsədimiz, müəssisə və sahibkarlıq subyektlərinə maliyyə, mühasibatlıq, vergi, audit, insan resursları və biznes konsultasiyası kimi müxtəlif sahələrdə qanunvericiliyə uyğun, sistemli və peşəkar xidmətlər göstərərək onların institusional dayanıqlığını və uzunmüddətli inkişafını təmin etməkdir. Biz, fəaliyyətimizdə şəffaflıq, dəqiqlik, hesabatlılıq və peşə etikası prinsiplərini əsas götürərək müştərilərimizin maliyyə intizamını gücləndirməyi və idarəetmə səmərəliliyini artırmağı hədəfləyirik.