Sınaq müddəti nədir və kimlərə şamil olunmur?

01.06.2022C&S Group 1354

Sınaq müddəti işçinin peşəkarlıq səviyyəsinin, müvafiq əmək funksiyasını icra etmək bacarığının yoxlanılması məqsədilə tətbiq edilir və müddəti 3 aydan artıq ola bilməz. Əgər əmək müqaviləsində sınaq müddətinin tətbiqi nəzərdə tutulmayıbsa, onda həmin əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab edilir.

 

Aşağıdakı şəxslərə sınaq müddəti şamil edilmir:

-yaşı 18-dən az olan şəxslərlə;

-hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

-təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

-iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

-müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

-tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın