Sahibkarların mühasibatlıqdan əldə etdiyi faydalar

17.02.2025C&S Group 578

 

üçün şirkətlər mühasibatlıq xidmətindən istifadə etməlidirlər?

Bu məqaləmizdə sahibkarların mühasibatlıqdan əldə etdiyi faydalardan bəhs edəcəyik:

1. Biznesin maliyyə sağlamlığının yoxlanması və dəyərləndirilməsi;

Bizneslərin maliyyə sağlamlığını düzgün qiymətləndirmək üçün şirkətlər maliyyə prosedurlarını – gəlir və xərclərin qeydiyyata alınması prosesini dəqiq və əksiksiz həyata keçirməlidirlər. Bu pul axınını düzgün idarə etmək üçün atılan birinci addımdır. Həmçinin maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsi, yarana biləcək problemləri qabaqcadan təyin etməyə və buna uyğun olaraq tədbirlər planı həyata keçirməyə də kömək edir.

Maliyyə proseslərinin qeydiyyata alınması imkan verir ki, şirkətlər kapital dövriyyəsi, borc yükü, gəlirlilik dərəcələrini müəyyən etsin. Bu kimi detallı analizlər zəif cəhətləri aydınlaşdırmaq və çətinlikləri müəyyən etməklə ani və strateji qərarların qəbulu zamanı sahibkarların köməyinə gəlir.

2. Vergi öhdəliklərinin təmin edilməsi, dəqiq vergi hesablamaları:

Mühasibatlıq sistemi, vergi ilə bağlı vaxtında və dəqiq hesabatların aparılmasına gətirir ki, bu da şirkətləri vergidən yayınma hallarından və risklərdən sığortalayır, həmçinin əlavə maliyyə sanksiyaları və cərimələrdən qoruyur. Bu da sahibkarlara maliyyə vəsaitlərini daha faydalı şəkildə istifadə etməyə imkan verir.

Vergi planlaması və vergi qanunvericiliyindəki dəyişikliklərin izlənməsi sahibkarlara onlar üçün tətbiq olunan bəzi vergi güzəştlərindən vaxtında xəbərdar olmağa şərait yaradır. Vergi öhdəliklərinin öncədən planlanması da vergi yükünü daha optimal idarə etməyə və ümümi büdcəni öhdəlikləri nəzərə alaraq effektiv idarə etməyə kömək edir.

3. Məlumat təhlükəsizliyi və şəffaflıq:

Mühasibatlıq sistemləri imkan verir ki, şirkətlər maliyyə məlumatlarını kibertəhlükəsizlik tədbirləri ilə qorusunlar. Həmçinin yarana biləcək problemlərdə məlumatların bərpa edilməsi  sayəsində məlumat itkisinin qarşısı alınsın.

Maliyyə məlumatlarının şəffaflığı və etibarlılığı sahibkarlara şirkətlə maraqlanan investorlarla, əməkdaşlıq etdiyi partnyorlarla və digər maraqlı tərəflərlə etibarlı əlaqələr qurmağa və onları cəlb etməyə imkan verir. Onların şirkətə olan inamı maliyyə məlumatlarının şəffaflığı ilə möhkəmlənir, gələcək perspektivləri açıq müzakirə etmək üçün şərait yaradır.

4. Strateji planlaşdırma və büdcə idarəetməsi:

Şirkətin strateji hədəflərinə əsasən maliyyə resurslarının bu hədəf istiqamətində istifadə olunması vacibdir. Hədəfdən kənar istiqamətə edilən hər bir xərcləmə maliyyə resurslarının israfına səbəb ola bilər. Hədəf istiqamətində isə böyümək daha strateji addım hesab olunur və gələcək investisiyalar üçün də yeni hədəflər yaradır.

Büdcə planlaması etmək gəlir və xərclər arasındakı nisbəti ölçmək və maliyyə resurslarını optimal şəkildə idarə etmək üçün vacibdir. Bu yolla xərclər nəzarətdə saxlanılır və gəlirin artması üçün lazım olan addımlar atılır.

5. Hüquqi uyğunluğun təmin edilməsi:

Maliyyə əməliyyatların və proseslərinin həm yerli, həm də beynəlxalq qanunvericiliyə uyğunluğu təmin edilməlidir. Qanunvericilikdə baş verən dəyişikliklər izlənərək maliyyə əməliyyatlarını bu qaydalara uyğunlaşdırmaq lazımdır.

Düzgün və vaxtında sənədləşmə ilə hüquqi problemlərdən qaçınmaq və cərimə, sanksiyaların qarşısını almaq mümükündür.

Bunlarla yanaşı mühasibatlıq xidmətlərindən istifadə sahibkarlara iş şəraitində effektliyin artırılması, risklərin təhlili və qarşısının alınması, risklərin minimuma endirilməsi, məhsul və xidmətlərin inkişaf etdirilməsi, bazardakı mövqeyin möhkəmləndirilməsi üçün kömək edir.

 

C&S Group olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması, kadr uçotu xidmətlərini öz biznes partnyorlarına təqdim edir. 

Bizimlə əlaqə saxlayaraq biznesinizin ehtiyacı olan mühasibatlıq-maliyyə, HR və hüquq xidmətlərini əldə edə bilərsiniz.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın