Mühasibatlıq xidmətlərimizlə, müəssisənizin inkişafı üçün vacib olan düzgün mühasibat uçot sistemini qurur və onu peşəkar şəkildə idarə edərək maliyyə əməliyyatlarınızda şəffaflığı və davamlı inkişafı təmin edirik. İstər kiçik biznes, istərsə də böyük müəssisələrdə mühasibat uçotunun düzgün qurulması və idarə olunması biznesinizin uğuruna birbaşa təsir göstərir.
Mühasibat xidmətlərinə nələr daxildir?
-ilk öncə mütəxəssislərimiz müəssisənizin maliyyə vəziyyətini analiz edərək hesabatları qiymətləndirir, riskləri və boşluqları aşkar edir;
-daha sonra biznesiniz üçün xüsusi olaraq optimallaşdırılmış mühasibat uçotu sistemi yaradırıq. Bu sistem sizə maliyyə əməliyyatlarını izləmək və hesabatların dəqiqliyindən əmin olmaq imkanı verir.
Mühasibatlıq üzrə xidmətlərimizdən yararlanaraq nə qazanırsınız?
-peşəkar konsultasiya ilə təcrübəli mütəxəssislərimiz mühasibatlıq problemlərinizi effektiv şəkildə həll edir;
-dəqiq maliyyə məlumatları ilə strateji qərarları daha inamla qəbul edə bilirsiniz;
-risklərin azaldılması və qanunvericiliyə uyğun uçot sistemi ilə maliyyə cərimələrindən və sanksiyalardan qorunursunuz;
-proseslərin optimallaşdırılması və sadələşdirilməsi nəticəsində əlavə xərcləri minimuma endiririk.
Mühasibatlıq xidmətlərinə niyə ehtiyacınız var?
-biznesinizin maliyyə dayanıqlığını təmin etmək;
-müasir mühasibat uçotu sistemi ilə əməliyyatlara nəzarəti gücləndirmək;
-düzgün uçot sistemi ilə qanun pozuntularının qarşısını almaq;
-müəssisənin fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat sənədlərinin qanuna müvafiq surətdə tərtib olunması;
-maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı əməliyyatların və hesablaşmaların rəsmiləşdirilməsi;
-əsas vəsaitlərin, mal-material, qiymətlilərin və pul vəsaitlərinin uçotunun aparılması;
-müəssisənin istehsal fəaliyyətinin qurulması, istehsalla bağlı xərclərin bölüşdürülməsi və məhsulun maya dəyərinin formalaşdırılması;
-maliyyə vəziyyəti haqqında hesabat;
-mənfəət və zərər haqqında hesabat ;
-kapitalda dəyişikliklər haqqında hesabat;
-pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
-pul vəsaitləri və onun ekvivalentləri üzrə əməliyyatlar;
-bütün növ bank əməliyyatlarının aparılması;
-kassa əməliyyatlarının aparılması;
-ƏDV depozit hesabı üzrə əməliyyatların aparılması və s.