Niyə konsaltinq şirkətləri?

01.04.2021C&S Group 1667

 

Konsaltinq şirkətləri və onların xidmət sahəsi;

Təşəbbüskarın uğurlu bir iş yaratmaq üçün bazar tendensiyalarını, istehlakçıları, rəqabəti və hər şeyi nəzərə almaq kimi bir çox öhdəliyi var. Konsaltinq  şirkətləri təşkilatda mövcud olmayan və ya mövcud olan struktura müəyyən bir müddət ərzində effektiv peşəkar xidmət göstərir.

Mövcud iqtisadi mühitdə ayaqda qalmaq üçün müəssisələrin xərclərini azaltması, əməliyyatlarını gücləndirmək və gəlirlərini artırmaq yollarını tapması vacibdir. Bu kimi böyük və əsas , hətta şirkətin dəyərinə bilavastə təsir göstərən məsələlərlər ilə məşğul olmaq çətin və yorucu ola bilir. Ola bilsin ki, bu kimi öhdəliklərin tamamını və ya bir hissəsini, bölməsini ( hasibatlıq, kadr uçotu, hüquqi yön və s.) konsaltinq şirkətlərinə həvalə etmək heç də pis fikir deyil.

Bu məsləhətçilər kimdir? - Müxtəlif şirkətlərdə ixtisaslarına uyğun olaraq uzun təcrübə keçmiş, eləcə də həm nəzəri , həm də praktiki baxımdan güclü bazası olan fərdlər və ya işdən azad olunmuş insanlar, bu insanlardan təşkil olunmuş şirkətlərdir.

Ola bilsin ki, bu məsləhətçilər, gündəlik iş rejimində çalışan işçilər olsun, onlar iş vaxtından sonra müstəqil konsultasiya xidməti göstərsin.

 

Bəs nə üçün həmin ixtisasda təhsil almış insanları bir başa işə götürməyək?

İşçi qəbulunun  müsbət cəhətləri:

-ofisdə mövcudluğu var və gördüyü işə nəzarət oluna bilir;

-fix maaş qarşılığında bir çox məsuliyyət yükləmək olur.

İşçi qəbulunun mənfi cəhətləri:

-yüksək maaş (əlavə xərc);

-yeni götürülən işçiyə yerləşmə xərcləri (masa, komputer və s.);

-ofisdə otaqlardan və şəxsi yerlərdən biri və daha çoxunun tutulması;

-işçiyə görə dövlət rüsumlarının ödənilməsi.

 

Konsaltinq xidmətindən istifadə etmənin müsbət cəhətləri:

-təxminən 3 dəfəyə yaxın qənaət edərək eyni xidmətin alına bilinməsi;

-istənilən vaxt müəyyən problem və ya xidmətlə bağlı sualların peşəkarcasına cavablandırılması;

-bu formada şirkətin əməkdaşları ofisinizdə əlavə yer tutmur;

-sizə xidmət göstərsələr belə dövlət rüsumları sizin tərəfinizdən ödənmir;

-mühasibatlığınızla bağlı yaranacaq problemlər və suallar həmən sahə üzrə təcrübəsi daha çox olan ayrı-ayrı mütəxəssislər tərəfindən incələnir (vergi, gömrük və s.).

 

Konsaltinq xidmətindən istifadə etmənin mənfi cəhətləri;

-artan xidmət qarşılığında qiymətlərin az da olsa artması.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın