Mühasibin iş effektivliyinə və şirkətə töhfə verməməsinin beş əsas səbəbi vardır:
1. Maliyyə mütəxəssislərinin əksəriyyəti işəgötürənin biznes məqsədi, strategiya, brendin əsas komponentlərini və bazar reallıqlarını anlamırlar.
Unutmayaq ki, ümumi mənzərənin cahilliyi maraqsızlığa gətirib çıxarır. Burada hətta bilmədiyiniz bir şey haqqında narahatsınız? Şirkətin missiyasını bütün səviyyələrdə rəhbərliyin necə təqdim etməsi barədə fikirləşin.
Sizin əməkdaşlarınız
- biznes-hədəflər;
- brendin vəd etdikləri;
- bütün şirkətin ümumi fəaliyyəti;
- bazar və onun təşkilata təsiri;
haqqında nələr bilirlər:
2. İşçilər necə töhfə verəcəklərini bilmirlər.
Onlar öz fəaliyyətlərinin ümumi iş gedişatına necə təsir göstərdiyini başa düşməlidirlər. Hər bir mütəxəssis bilməlidir ki, onun uğuru və ya səhvləri bütün şirkət işlərinin gedişatına təsir göstərir.
3. Sahibkarlar maliyyəçilərə şirkətin qayğısına qalmaq üçün əsas vermir.
Əməkdaşlar təkcə müəyyən hədəflərə necə və niyə görə çatacaqlarını deyil, həm də nə üçün çatacaqlarını başa düşməlidirlər. Əməkdaşlarının qayğısına qalmayan sahibkarlar adətən, işçilər tərəfindən də oxşar münasibətlə üzləşirlər.
4. Əməkdaşlar qabaqcadan məğlubiyyətə kökləniblər.
Mühasiblər köhnə qaydalarla işlərini icra etdikdə, problemləri həll etmək üçün alətlər almadıqda, özünü inkişaf təlimlərinə qatılmadıqda, komputer savadına kifayət qədər sahib olmadıqda və ixtisaslarını artırmadıqda gündən-günə məğlubiyyəti hiss etməyə başlayırlar. Bütün bunlar mühasibin iş effektivliyinə təsir edən taktiki və texniki davranış səhvləri ola bilər. Nəticədə belə bir mütəxəssis şirkətdən çıxa və hətta şirkətin maliyyə zərərinə səbəb ola bilər.
Yeni işçilərin öz vəzifələrinin icrası üçün nə dərəcə yaxşı hazırlandığınız barədə düşünün. İşçilərinizə özünü inkişaf təlimləri verirsinizmi? Bir sahibkar olaraq onlara dəstək olursunuzmu?
5. İşçilər dəyərləndirilmədiklərini hiss edirlər.
Mühasib əlavə səylər göstərdikdə, iş günündən sonra qalıb əlavə çalışdıqda və nəticədə qiymətləndirilmədiyini gördükdə özünü qurban kimi hiss edir. Əməkdaşların yerinə yetirdiyi, xüsusilə də iş vaxtından əlavə olan işlər lazımınca qəbul edilməli və dəyərləndirilməlidir. Əgər siz işçinin işgüzarlığını lazımınca dəyərləndirsəz və işçilərinizin kiçik nailiyyətlərini və töhfələrini qeyd etsəniz, onda şirkətinizin qayğısına qalan və onun inkişafına şəxsi töhfə verməyə hazır olan daha çox işçi qazana biləcəksiniz.