Mühasibin əsas vəzifələri

20.05.2025C&S Group 540

 

Mühasibat uçotu – müəssisənin maliyyətə sərrüfat fəaliyyətində baş verən dəyişikliklər haqqında məlumatların yığılması, dürüstlüyünün təsdiq edilməsi, təhlil edilib nəticələr çıxarılması, o cümlədən qruplaşdırılıb sonda əldə edilən nəticələrin hesabat şəklində lazımi istifadəçilərə çatdırılmasıdır. Buna görə də mühasibat uçotuna çox vaxt biznesin rəqəmlər vasitəsilə idarə olunması da deyirlər. 

Çoxları elə düşünür ki, mühasib yalnız müəssisənin gəlir və xərclərinin uçotunu aparan şəxsdir. Əksər hallarda mühasibat uçotu qeyd edib saxlama (book keeping) ilə eyniləşdirilir. Halbuki, peşəkar mühasiblər bu işlə məşğul olmur və ya qismən məşğul olur. Ona görə ki, qeydetmə müəssisədəki dəyər hərəkətlərinin mexaniki, mühasibatlıq isə qeyd edib saxlamağı da daxil etməklə daha geniş tərəfidir.

Mühasib əməliyyatları qeyd edib saxlamaqdan çox maliyyə hesabatının hazırlanması, maliyyə məlumatlarının işlənib hazırlanması və açıqlanması ilə məşğul olur. Bundan əlavə ümumi hesablamalar, vergi ödəmələri üçün lazımi hesabatlar, büdcə tərtib etmə və nəzarət sisteminin qurulması, araşdırmalar və s. hamısı mühasibat­lığın predmetinə daxildir.

Ümumiləşdirsək mühasibin qarşısında duran gündəlik vəzifələr aşağıdakılardır:

1. Müəssisənin maliyyə vəziyyəti və nəticələrində baş verən dəyişiklikləri qeyd etmək və istifadəçiyə (rəhbərlik, marketinq, kadr və s. şöbələrə) vaxtında çatdırmaq;

2. Dövr (aylıq, rüblük və illik) ərzində əldə edilən gəlirləri və çəkilmiş xərcləri hesablamaq və onları müqayisə etməklə fəaliyyət nəticələrini (mənfəət yaxud zərərlə işləməni) təhlil etmək;

3. Qanuni mükəlləfiyyətləri yerinə yetirmək:
-    öhdəliklərin (kommunal xərclər, icarə haqqı və s.) vaxtında ödənilməsi;
-    vergilərin və sosial ayırmaların dövlət təşkilatlarına vaxtında ödənilməsi;
-    tələb olunan hesabatların vaxtında lazımi dövlət orqanlarına təqdim olunması.

4. Hüquqi anlaşılmazlıqlarda sübutedici vasitə olan sənədləri qaydaya salmaq.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın