Mühasibatlıqla bağlı maraqlı miflər

21.01.2025C&S Group 52

 

Mühasibatlıqla bağlı müəyyən qədər fərqli fikirlər və miflər formalaşıb ki, bəzən bunlar bir çoxları tərəfindən doğru qəbul edilir. Sizə mühasibatlıqla bağlı geniş yayılmış 4 mifi və onların reallığını izah edəcəyik.

1. Ali təhsilin olması mühasib olmaq üçün mütləqdir.

Mif: mühasib kimi ixtisaslaşmaq üçün bu sahədə mütləq müvafiq sahəyə (ixtisasa) uyğun ali təhsilin olması vacibdir.

Reallıq isə ondan ibarətdir ki, mühasibatlıq üzrə ali təhsil olmasa belə, şəxs öz üzərində çalışmaqla və bu istiqamətdə ixtisaslaşmaqla bir mühasib kimi formalaşa bilər.

2. Mühasib üçün sadəcə riyazi bacarıqlar kifayətdir.

Mif: bir çox insanlar hesab edir ki, mühasibat uçotu yalnız rəqəmlər və mürəkkəb riyaziyyatla məşğul olmaqdan ibarətdir.

Reallıq isə sübut edir ki, mühasibat uçotu riyazi biliklərlə sıx əlaqədə olsa da bunula belə mühasiblər üçün məlumatların təhlili və maliyyə məlumatlarına əsaslanan sərbəst şəkildə qərarların qəbul edilməsi də önəmlidir. Həmçinin, mühasib əməliyyatların düzgün şəkildə qeydiyyatının aparılması və  hesabatların, bəyənnamələrin doğru, sərbəst formada hazırlanmasını da bilməlidir.

3. Mühasibatlıq yalnız vergi uçotundan ibarət deyil.

Mif: bir çox sahibkarlar vergi uçotu fəaliyyətini mühasibat uçotu ilə eyniləşdirirlər.

Reallıq isə bunu göstərir ki, əslində vergi uçotu mühasibat uçotunun sadəcə bir hissəsisdir. Şirkətimizdə bu prinsipə əsaslanaraq bir mütəxəssis mühasibin yetişdirilməsi zamanı ilkin olaraq maliyyə uçotu növbəti olaraq vergi uçotu tədris edilir.

4. Yaxın gələcəkdə mühasiblərə ehtiyac qalmayacaq.

Mif: mühasibat proqramlarının artması ilə insanlar hesab edirlər ki, mühasiblərə ehtiyac qalmayacaq. İrəli sürülən fikirlərə əsasən təxminən 5-6 il sonra mühasiblərə ehtiyac qalmayacaq. Bəs süni intellekt mühasibləri əvəz edə biləcək?

Reallıq belədir ki, mühasibatlıq üzrə proqram bir çox işi avtomatlaşdıra və mühasibə öz vəzifəsini asanlaşdırmağa kömək ola bilər, lakin o, peşəkar mühasiblərin təqdim etdiyi təcrübəni, tənqidi düşüncəni və strateji fikirləri əvəz edə bilməz. Avtomatlaşdırma bir çox işi asanlaşdırsa da, bu o demək deyil ki, mühasiblər kimi məlumatların şərh edilməsində, fikirlərin verilməsində və strateji maliyyə qərarlarının qəbulunda mühüm rol oynayacaqlar.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın