Mühasibatlıq xidmətlərimiz haqqında

12.12.2022C&S Group 1159

 

Hər bir müəssisə öz məlumatlarının etibarlı şəkildə saxlanılmasını, dəqiq mühasibat uçotunun aparılmasını, o cümlədən, hesabatların düzgün təqdim edilməsini istəyir.

Sizin mühasibatlıq məlumatları ilə bağlı tələbləriniz müəssisənizin miqyasından və strukturunun mürəkkəbliyindən asılı olaraq dəyişir, lakin bütün hallarda etibarlı informasiya investor və ictimaiyyət qarşısında, o cümlədən, müəssisənin özündə müəssisə dəyərlərinə inamın yaradılması üçün əsas şərtdir.

Bizim mühasibatlıq komandamız maliyyə uçotu işinin təşkil edilməsinə və qorunub saxlanılmasına, məlumatların vaxtında işlənilməsinə, yerli mühasibatlıq və vergi tələblərinə, idarəetmə ehtiyaclarına uyğun maliyyə və vergi hesabatlarının hazırlanmasına kömək edə bilər. Mühasibat uçotunun aparılması üzrə outsorsinq xidmətlərimizdən istifadə etməklə müştərilər ixtisaslı mühasiblərdən təşkil olunmuş komandamızdan, daha səmərəli və dəqiq maliyyə xidmətlərindən, eyni zamanda xərclərin və risklərin azaldılması imkanından yararlana bilər.

Bizim mühasibatlıq xidmətlərimiz aşağıdakı fəaliyyətləri əhatə edir:

-qanunla müəyyən edilmiş standartlara və maliyyə hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq gündəlik mühasibatlıq xidmətlərinin təmin edilməsi;

-hesabatların hazırlanması və dövlət orqanlarına təqdim edilməsi;

-mühasibatlığın yaradılması və optimallaşdırılması;

-mühasibatlığın və vergiyə uyğunluğun təftişi(auditi);

-əsas vəsaitlərin inventarizasiyası;

-razılaşdırılmış hesablar planında aylıq sınaq balanslarının qurulması;

-depozit hesab və bank hesabı üzrə əməliyyatların aparılması;

-illik hesabatvermə;

-bank hesabının yaradılması və üzləşdirilməsi;

-amortizasiya cədvəllərinin hazırlanması;

-əmək haqqının hesablanılması xidmətləri.

Ödənişlərin həyata keçirilməsi, hesab-fakturaların hazırlanması, gəlirlərin uçotunun aparılması, bank əməliyyatlarının icra edilməsi ilə yanaşı biz həm də müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün onlara dövri olaraq idarəetmə uçotu ilə bağlı məlumat və hesabat təqdim edirik. Bu cür hesabatların forması və həmin hesabatlara daxil ediləcək məlumatlar dəyişkən ola bilər və hər bir müştərinin biznesinin hesabatvermə ehtiyaclarına uyğun olaraq hazırlana bilər.

Siz mühasibat uçotu və hesabatvermə üzrə peşəkar mütəxəssisləri işə götürmədən belə asanlıqla həmin mütəxəssislərə çıxış imkanı əldə edəcəksiniz. Əgər sizin biznesiniz varsa, lakin daxili mühasibiniz kifayət qədər ixtisaslı deyilsə və ya iş axını ilə ayaqlaşa bilmirsə, biz ən səmərəli mühasibatlıq həllərini təmin edə bilərik. Bizim mühasibatlıq xidmətlərimiz sizə xərclərinizi azaltmağa və işlərinizi səmərəli idarə etməyə kömək edəcək.

İstənilən halda, biz sizin özəl tələblərinizə cavab vermək üçün ilk növbədə cavabdeh olduğumuz vəzifələri müəyyən edəcəyik və daha sonra mühasibat xidməti paketini hazırlayacağıq.

Sonuncu olaraq, bizi seçməyin ən böyük üstünlüklərindən biri də odur ki, siz gələcək planlarınızın qurulması ilə bağlı bizdən məsləhət ala bilərsiniz. Siz köhnə ayların hesabatlarını bizə təqdim edə bilərsiniz və biz sizin biznesinizin mövsümi olub-olmadığını araşdıra bilərik.

Biznes sahibi kimi siz,öz biznesinizi idarə etmək üçün gündəlik fəaliyyətiniz ilə məşğul olmalısınız. Bununla belə, biz sizin biznesinizin uzunömürlülüyünü dəstəkləmək üçün ən uğurlu yolun müəyyən edilməsi məqsədilə geriyə qayıdaraq böyük mənzərəyə obyektiv baxa bilərik.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın