Mühasibatlıq xidmətləri və maliyyə hesabatları

05.08.2024C&S Group 267

 

C&S Group fərqli fəaliyyət sahələrində olan yerli və beynəlxalq şirkətlərə mühasibat xidmətləri və maliyyə hesabatları  üzrə xidmətlərin göstərilməsi sahəsində geniş təcrübəmalikdir. Biz, şirkətin gündəlik və maliyyə dövründəki bütün əməliyyatlarının mühasibat və vergi uçotu tələblərinə uyğunluğunu təmin edən qarşılıqlı-praktiki və dəstəkləyici həlləri özündə birləşdirən bütün mühasibat xidmətlərini təklif edirik.

Bizim mütəxəssislər sizin xüsusi təşkilati tələblərinizi rəhbərliyin birbaşa nəzarəti altında işləyirlər. Şirkətimiz tərəfindən təmin edilən xidmət növləri aşağıdakılardır:

-gündəlik əməliyyatların (invoysların, elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturaların, ödəniş tapşırıqlarının hazırlanması) icra edilməsi;

-əməliyyatların, gəlir və xərclərin qeydiyyatının aparılması;

məliyyatların təhlili, riskli əməliyyatlarla bağlı sifarişçiyə vaxtında məlumatın verilməsi;

-maliyyə hesabatlarının hazırlanması;

-vergi, məcburi dövlət sosial sığorta, statistika və məşğulluq hesabatlarının hazırlanması;

-mühasibatlıq xidmətləri və maliyyə hesabatları, vergi qanunvericiliyi və maliyyə sahəsində məsləhətlərin verilməsi və s.

Göstərdiyimiz xidmətlərin peşəkarlığı dövlət orqanları tərəfindən həyata keçirilən yoxlama tədbirləri zamanı əlavə maliyyə itkilərinə məruz qalmamağınınız təminatıdır.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın