Bütün gücünüzü və enerjinizi biznes proseslərində cəmləyib gəlir əldə etmək istəyirsinizsə gərək maliyyə məsələlərinin həllini peşəkar mühasiblərə həvalə edəsiniz. Şirkətimiz fərdi sahibkarlara və şirkətlərə mühasibatlıq xidmətləri təklif edir.
Təklif etdiyimiz autsorsinq mühasibatlıq xidməti MMC və fərdi sahibkarlar tərəfindən ştatda mühasib və auditorlarlar saxlamaq zərurətini aradan qaldırır, bu isə öz növbəsində sahibkarı ofis xərclərindən, işçiyə görə ödənilən vergi xərclərindən və işçinin ştatda saxlanılması ilə bağlı digər xərclərdən azad edir.
Münasib qiymətə təklif etdiyimiz müstəqil autsorsinq mühasibatlıq xidmətləri həmçinin mühasibatlıqla bağlı üzləşə biləcəyiniz risklərin qarşısını tam olaraq alaraq vergi, DSMF və digər sahələrdə sənədləşmə işlərinizin tənzimlənməsini təmin edir.
Rahatlıq və qarşılıqlı əlaqənin asanlığı məqsədi ilə şirkətimizlə mühasibat xidmətlərinin görülməsi barədə müqavilə bağlamış sahibkarların hər birinə fərdi mühasib təyin olunur.
Mühasibatlıqla bağlı aşağıdakı xidmətləri təklif edirik:
-aylıq, rüblük və illik hesabatların hazırlanıb nəzarətedici qurumlara təqdim edilməsi;
-mühasibat uçotunun aparılması;
-uçotun bərpası;
-mühasibat uçotunun dövrü yoxlanışı və rəyin verilməsi;
-maliyyə hesabatları;
-bank hesablarının açılması;
-bankda köçürülmələrin aparılması;
-vergilərə və DSMF - na ödəniləcək vəsaitlərin hesablanması və ödənilməsi;
-elektron qaimə fakturalarının yazılması;
-kassa və maliyyə intizamına riayət olunması;
-kassa aparatının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması;
-nəzarətedici orqanlarla mübahisəli məsələlərin həllində kömək;
-əməliyyatların və ilkin sənədlərin qəbulu, sonrakı təhlili və qeydiyyatı;
-əmək haqqının hesablanması;
-amortizasiya məbləğlərinin hesablanması (qeyri-maddi aktivlər, əsas vəsaitlər);
-cari mühasibat məsələləri üzrə məsləhət xidmətlərinin təqdim edilməsi.
Eyni zamanda şirkətimizdə müştərimizin qarşılaşacağı istənilən problemi peşəkarcasına həll edəcək ixtisaslı vergi məsləhətçiləri, hüquqşünaslar və HR mütəxəssislər heyəti mövcuddur.
Yalnız yüksək keyfiyyətli peşəkarlarla iş birliyi sizin biznesinizin inkişafına təminat verir.