Mühasibatlıq xidmətləri nə üçün lazımdır?

16.09.2024C&S Group 208

 

Mühasibatlıq xidmətləri bir şəxsə və ya şirkətə maliyyə proseslərinin həyata keçirilməsində kömək etmək üçün göstərilən xidmətlərdir. Bu xidmətlər vasitəsilə şəxs və ya şirkətlər öz xidmətlərinin və ya məhsullarının satışı, hər hansı hüquqi və ya digər məsələlərdə qanuna uyğun maliyyə proseslərinin həyata keçirilməsi ilə bağlı məsləhətlər ala və peşəkar yardımdan istifadə edə bilərlər. Mühasibatlıq xidmətləri, maliyyə hesabatlarının yaradılması, məlumatların düzgünlüyünün qiymətləndirilməsi, şirkətin maliyyə göstəricilərinin təhlili, hesabatların lazım olan quruluş və ya şəxlərə təqdim olunması kimi prosesləri əhatə edir. Bu xidmət sahəsi çox genişdir və fərqli xidmət növlərini ehtiva edir. Bu yazımızda mühasibatlıq xidmətlərinə aid olan bir neçə xidmət növləri və bu xidmətlərə nə üçün ehtiyac olduğu barədə ümumi məlumat verəcəyik.

Hansı mühasibatlıq xidmətləri vardır?

-maliyyə hesabatlarının hazırlanması: gündəlik, həftəlik, aylıq və illik maliyyə hesabatlarının aparılması şirkətin atdığı addımların onun gələcəkdəki mövqeyinə necə təsir edəcəyini müəyyənləşdirməyə kömək edir. Maliyyə planlaşdırmasının nəticələri hesabatlarla təhlil edilir və buna uyğun yeni strategiyalar hazırlanır və ya mövcud strateyi dəyişikliklər aparılır. Dəyənləndirilməsi düzgün olan maliyyə, gəlir və xərc arasındakı balansı müəyyən edərək şirkətin uğurunu təmin edir. Maliyyə hesabatları həmçinin şirkət ilə maraqlanan investorlar və digər şəxslər üçün şirkətin maliyyə fəaliyyəti haqqında məlumat verir.

-vergi ilə bağlı məsələlərdə dəstək göstərilməsi; müxtəlif növ vergilərin vaxtında ödənilməsi, vergi hesabatlarının hazırlanması, bu hesabatların lazımı orqanlara vaxtında və düzgün təqdim olunmasını əhatə edir. Həmçinin vergi gecikmələri zamanı yarana biləcək cərimə və ya maliyyə sanksiyalarının qarşısını qabaqcadan almağa kömək edir. Bu halların yaranması zamanı isə lazım olan hüquqi xidmətlərin göstərilməsini də əhatə edir.

- hər bir şirkətdə maliyyə məsələri ilə əlaqədar mühasiblər fəaliyyət göstərir. Lakin bəzən şirkətlər müasir iş dünyasında öz maliyyə hesabatlarının mövcud standartlara və qaydalara uyğunluğunu yoxlamaq istəyir. Bunun üçün audit xidmətlərindən istifadə edirlər. Audit xidməti bir növ maliyyə nəzarəti və yoxlanması prosesidir. Şirkətlər bu xidmət növündən istifadə etməklə hesabatların hazırlanması və digər maliyyə məsələləri ilə bağlı daxili proseslərə olan şübhə hissini aradan qaldırır və güvən hissini yeniləmiş olurlar.

-gömrükdən malların vaxtında keçirilməsi, idxal-ixrac əməliyyatları zamanı malların rəsmiləşdirilməsi kimi əməliyyatlar bu xidmətlərə daxildir. Eyni zamanda xarici iqtisadi müqavilələrin hazırlanması və əməliyyatların düzgün rəsmiləşdirilməsi, gömrük ekspertizalarının keçirilməsi, məhsulların bəyan edilməsi kimi xidmətlər də bura aiddir.

-biznes konsultasiyalar, şirkətin inkişafını, öz məqsədlərinə çatmaq üçün lazım olan strategiyaları əldə etməsi üçün aldığı məsləhət və xidmətlərdir. Konsultasiyalar zamanı bir şirkətin cari və başlanğıc planları təhlil edilir, inkişaf planları, biznesin effektiv idarəsi və mənfəətini artırması üçün yollar araşdırılır.

Mühasibatlıq xidmətlərindən istifadə etməyin üstünlükləri:

-maliyyə məsələlərinə düzgün nəzarətə imkan verir;

-maliyyə hesabatlarının qanuna uyğunluğunu təmin edir;

-investor və digər qurumların dəyişiklik və yeniliklərdən xəbərdar olmasını təmin edir;

-maliyyə səlahiyyətlərinin artırılmasını təmin edir;

-maliyyə analizi və proqnozlaşdırmağa imkan verir.

Bu xidmətlərdən istifadə edərək şirkətiniz üçün yuxarıda qeyd olunan üstünlüklərdən faydalana bilərsiniz.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın