Mühasibatlıq xidmətləri haqqında

01.10.2025C&S Group 94

 

Hər bir müəssisə öz məlumatlarının etibarlı şəkildə saxlanılmasını, dəqiq mühasibat uçotunun aparılmasını, hesabatların düzgün təqdim edilməsini istəyir. Sizin mühasibatlıq məlumatları üzrə tələbləriniz müəssisənizin miqyasında asılı olaraq dəyişir, lakin hər bir halda etibarlı informasiya, investor  və ictimaiyyət qarşısında, eyni zamanda müəssisənin özündə müəssisə dəyərlərinə inamın yaradılması üçün əsas şərt olaraq qalır.

Bizim mühasibatlıq komandamız maliyyə uçotu işinin təşkil edilməsi və qorunub saxlanılması, məlumatların vaxtında işlənilməsi, vergi tələbləri və idarəetmə ehtiyaclarına uyğun maliyyə və vergi hesabatlarının hazırlanması üzrə xidmətləri təklif edir. Sahibkarlar konsaltinq xidmətlərimizdən istifadə etməklə təcrübəli mühasiblərdən təşkil olunmuş komandamızdan, daha səmərəli və dəqiq maliyyə xidmətlərindən, xərc və risklərə nəzarət edilməsindən yararlana bilir.

Bizim mühasibatlıq xidmətlərimiz aşağıdakı sahələri əhatə edir:

-qanunla müəyyən edilmiş standartlara uyğun olaraq gündəlik mühasibatlıq xidmətlərinin icea edilməsi;

-hesabatların hazırlanması və dövlət orqanlarına təqdimi;

-mühasibatlıq uçotunun  yaradılması və optimallaşdırılması;

-mühasibatlıq və vergiyə uyğunluğun təftişi;

-əsas vəsaitlərin inventarizasiyası;

-razılaşdırılmış hesablar planında aylıq sınaq balanslarının qurulması;

-bank hesabının yaradılması və üzləşdirilməsi;

-depozit hesab və bank hesabı üzrə əməliyyatların aparılması;

-illik hesabatvermə;

-amortizasiya cədvəllərinin hazırlanması;

-əmək haqqının hesablanması və digər müvafiq sahə üzrə xidmətlər.

 

Cari əməliyyatlarla yanaşı müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün onlara dövri olaraq idarəetmə uçotu ilə bağlı məlumat və hesabat təqdim edirik. Bu cür hesabatların forması və həmin hesabatlara daxil ediləcək məlumatlar dəyişkən ola bilər və hər bir müştərinin biznesinin hesabatvermə ehtiyaclarına uyğun olaraq hazırlana bilər.

Bizimlə əməkdaşlıq edərək Siz, mühasibat uçotu və hesabatvermə üzrə peşəkar mütəxəssisləri işə götürmədən belə asanlıqla həmin mütəxəssislərə çıxış imkanı əldə edəcəksiniz. Əgər sizin biznesiniz varsa, lakin daxili mühasibiniz kifayət qədər ixtisaslı deyilsə və ya iş axını ilə ayaqlaşa bilmirsə, biz ən səmərəli mühasibatlıq həllərini təmin edə bilərik. Bizim mühasibatlıq xidmətlərimiz sizə xərclərinizi azaltmağa və işlərinizi səmərəli idarə etməyə kömək edəcək.

İstənilən halda biz, sizin tələblərinizə cavab vermək üçün ilk növbədə cavabdeh olduğumuz vəzifələri müəyyən edəcəyik və daha sonra mühasibat xidməti paketini hazırlayacağıq. Bizimlə əməkdaşlığı seçməyin üstün cəhətlərindən biri isə gələcək planlarınızın qurulması ilə bağlı bizdən məsləhət ala bilərsiniz. Əvvəlki ayların hesabatlarını bizə təqdim etməklə biz, sizin biznesinizin mövsümi olub olmadığını araşdıra bilərik. Bununla siz biznes sahibi kimi öz biznesinizin idarəsinə zaman ayırdığınız müddətdə biz, sizin biznesinizin uzunömürlülüyünü dəstəkləmək üçün ən uğurlu yolun müəyyən edilməsi məqsədilə geriyə qayıdaraq böyük mənzərəyə obyektiv baxa bilərik.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın