Mühasibatlıq xidmətləri - biznesinizin təməli!

06.07.2026C&S Group 11

 

Biznes fəaliyyətində sabitlik və inkişafın əsas şərtlərindən biri düzgün aparılmış mühasibat uçotudur. Şirkətin maliyyə vəziyyətinin şəffaf şəkildə idarə olunması, həm daxili idarəetmədə, həm də dövlət orqanları ilə münasibətlərdə etibarlılıq yaradır. C&S Group bu sahədə müştərilərinə peşəkar və hərtərəfli mühasibat xidmətləri təqdim edir. Xidmətlərimiz şirkətlərin vaxtına qənaət etməsinə, riskləri minimuma endirməsinə və biznesin böyüməsinə fokuslanmasına imkan yaradır.

Təklif etdiyimiz mühasibatlıq xidmətlərinə aşağıdakılar daxildir:

-ilkin sənədlərin, alqı-satqı müqavilələrinin hazırlanması və elektron vergi qaimələrinin sistemə işlənilməsi;

-invois, elektron qaimə-fakturaların və təhvil-təslim aktlarının tərtibi;

-ölkədaxili və beynəlxalq köçürmələrin aparılması, kassa uçotu və xəzinə kitabının idarə edilməsi;

-banklarda yeni hesabların açılması və əməliyyatların işlənməsi;

-idxal olunmuş malların gömrükdə rəsmiləşdirilməsi və kalkulyasiyasının aparılması;

-AQTA-dan qida sertifikatının və ticarət markasının alınması;

-hüquqi şəxsin yaradılması və əmək haqqının hesablanması;

-vergilərin hesablanması, hesabatların hazırlanması və müvafiq dövlət orqanlarına təqdim edilməsi.

Mühasibat xidmətləri sayəsində şirkətinizin maliyyə idarəçiliyini optimallaşdırır, qanunvericiliyə uyğun və şəffaf uçot sistemi yaradırıq. Peşəkar mühasiblərimiz hər bir müştərinin fəaliyyət sahəsinə uyğun fərdi yanaşma tətbiq edir və biznesinizin uğuru üçün etibarlı tərəfdaş kimi çıxış edir. Mühasibat uçotu olmadan şirkət öz maliyyə axınlarını nəzarətdə saxlaya bilmir, bu isə həm vergilərin düzgün hesablanmasına, həm də strateji qərarların qəbuluna mənfi təsir göstərir.

Peşəkar mühasibatlıq xidmətləri aşağıdakı üstünlükləri təmin edir:

irkətin maliyyə şəffaflığını artırır;

-qanunvericilik tələblərinə tam uyğun fəaliyyətə zəmin yaradır;

-menecment üçün analitik hesabatlar təqdim edərək qərarvermə prosesini asanlaşdırır;

-vergi borcunun analizi və artıq yüklənmiş vergi borclarının azaldılması təmin edilir;

irkətin uzunmüddətli dayanıqlı inkişafına dəstək verir.

Beləliklə, mühasibat xidmətləri yalnız hesabat tərtibatı deyil, eyni zamanda biznesin strateji idarəetməsinin vacib tərkib hissəsidir.

Peşəkar mühasibat xidmətləri biznesin maliyyə sisteminin bütün mərhələlərini əhatə edir.  Onun əsas istiqamətlərinə daxildir:

-ilkin sənədlərin hazırlanması, alqı-satqı müqavilələrinin tərtibi və əməliyyatların uçota alınması;

-əmək haqqı və kadr uçotunun aparılması;

-vergi uçotunun təşkili, ödənişlərin düzgün hesablanması və vergi borclarının optimallaşdırılması;

-kassa və bank əməliyyatlarının, o cümlədən beynəlxalq köçürmələrin qeydiyyatı və nəzarəti;

-anbar və əsas vəsaitlərin uçotu, idxal mallarının gömrük rəsmiləşdirilməsi;

-aylıq, rüblük və illik bəyannamələrin hazırlanması və dövlət orqanlarına təqdim edilməsi;

-maliyyə təhlili, ticarət markasının alınması və hüquqi məsləhət xidmətləri.

Şirkətimiz, müştərinin spesifik ehtiyaclarına uyğun çevik və şəffaf həllər təklif edərək biznesinizin etibarlı maliyyə tərəfdaşına çevrilir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın