Mühasibat uçotu biznes və iqtisadiyyatın dili hesab olunur. Bu dil vasitəsi ilə müəssisələrin keçmiş və hazırki vəziyyətini öyrənmək, eyni zamanda gələcəyi haqqında proqnozlar yürütmək mümkündür. Mühasibat uçotu dedikdə, müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyətini pul ifadəsində sənədləşdirilməsi və bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemi nəzərdə tutulur. Başqa sözlə desək, şirkətlərin fəaliyyətində ən önəmli sahələrdən biri məhz mühasibat sahəsidir.
Təbii ki, belə önəmli sahəyə də məhz zəngin təcrübəyə malik peşəkarlar nəzarət etməlidir.
Şirkətimiz mühasibat xidməti üzrə aşağıdakı xidmətləri təklif edir:
-mühasibat uçotunun aparılması, mühasibat (maliyyə) hesabatlarının formalaşdırılması (fiziki və hüquqi şəxslərin fəaliyyətinin tam mühasibat müşayiəti);
-rüblük və illik hesabatların müvafiq nəzarətedici orqanlara (Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiəsi Fondu, Statistika İdarəsi və digər idarələrə təqdim olunması) təqdim edilməsi;
-mühasibat uçotunun qurulması və ya bərpa edilməsi (mühasibat uçotunun aparılması üzrə konsultasiyalar);
-müəssisənin əsas vasitələrinin inventarizasiyası;
-debitor və kreditor borcunun analizi və inventarizasiyası;
-vergiqoyma və vergi planlaşdırılması;
-uçot siyasətinin işlənilməsi və optimallaşdırılması (müəssisənin hesabat siyasətinin hazırlanması və ilkin hesabat sənədlərinin tərtibi) və s.
C&S Group eləcə də vergi hesabatlılığı üzrə xidmətlərini təklif edir. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin mənimsəməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur. Eyni zamanda, vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir.
Vergi uçotunun əsəs məqsədi müəssisədə baş vermiş hər bir təsərrüfat əməliyyatının vergi məqsədləri üçün necə uçota alınması barədə tam və düzgün məlumatların formalaşmasıdır.
Vergi auditi üzrə aşağıdakı xidmətləri təklif edirik:
-müəssisənin AR vergi qanunvericiliyinə əməl etməsinin yoxlanılması, vergi hesabatlarının düzgünlüyünün təsdiq edilməsi;
-fiziki və hüquqi şəxslərin verginin hesablanması və ödənilməsi üzrə konsultasiyası;
-vergi yoxlamalarının müşahidəsi və vergi yoxlamasının aktı üzrə etirazların hazırlanması;
-vergi hesabatlılığının aparılmasında kömək: ərizələrin, şikayətlərin, xahişlərin və digər prosessual sənədlərin hazırlanması;
-nəzərdə tutulan sazışlərin vergi nəticələrinin qiymətləndirilməsi;
-vergi planlaşdırma və uçotu sisteminin qurulması;
-vergi uçotunun aparılması, vergi bəyannamələrinin tərtib edilməsi və AR qanunvericiliyi əsasında ödəniləcək vergilərin hesablanması.