Mühasibatlıq və vergi xidməti

21.04.2025C&S Group 583

 

C&S Group mühasibat uçotu və maliyyə idarəetməsi sahəsində geniş təcrübəyə malik olub müştərilərinin maliyyə əməliyyatlarının şəffaf və dəqiq aparılmasını təmin edir. MHBS (Milli Hesabatlıq Beynəlxalq Standartları) tələblərinə uyğun olaraq gündəlik mühasibat uçotunun aparılması, ilkin mühasibat sənədlərinin hazırlanması və maliyyə hesabatlarının tərtibi bizim əsas xidmətlərimizdən biridir. Hazırladığımız hesabatlar vaxtında müvafiq orqanlara təqdim olunur, həmçinin inventarizasiya prosesində dəstək göstəririk. Bununla yanaşı, maliyyə idarəetməsi sahəsində məsləhət xidmətləri təklif edərək, müştərilərimizin maliyyə qərarlarını daha effektiv və uğurlu şəkildə qəbul etməsinə kömək edirik. Bizə müraciət edən müştərilərimizə xidmət təklifimiz:

-uçot siyasətinin formalaşdırılması;

-MHBS-ə uyğun olaraq gündəlik mühasibat uçotunun aparılması;

-ilkin mühasibat sənədlərinin və hesabatların hazırlanması;

-maliyyə hesabatlarının hazırlanması;

-hazırlanmış hesabatların müvafiq orqanlara təqdim edilməsi;

-maliyyə idarəetməsi üzrə məsləhət və s.

 

Şirkətimiz, müştərilərimizə vergi uçotu sahəsində peşəkar xidmətlər göstərir və onların vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsini təmin edir. Vergi uçotu xidmətlərimiz çərçivəsində vergi bəyannamələrinin hazırlanması, vergi risklərinin qiymətləndirilməsi və optimallaşdırılması, eləcə də vergi qanunvericiliyinə uyğun fəaliyyətin təşkili üzrə məsləhət xidməti təklif edirik. Müştərilərimizin vergi məsələlərini asanlaşdırmaq və potensial cərimələrdən qorumaq üçün onların vergi uçotunun dəqiq və şəffaf şəkildə aparılmasını təmin edirik:

-vergi qanunvericiliyinə uyğun olaraq uçotun təşkili;

-vergi hesabatlarının hazırlanması;

-məcburi dövlət sosial sığorta və statistika hesabatlarının hazırlanması;

-vergi hesablamalarının optimallaşdırılması üzrə məsləhət;

-əmək haqqının hesablanması;

-vergi yoxlamalarının müşayiət edilməsi;

-müəssisənin maraqlarının dövlət orqanlarında təmsil edilməsi.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın