Mühasibatlıq və vergi

09.12.2024C&S Group 10

 

Şirkətimizdə vergi prosedurlarının həyata keçirilməsi, dövlət orqanlarına hesabatların verilməsi, mühasibatlıq və maliyyə sahələri üzrə professional şəkildə biliyini işə tətbiq edən peşəkar komandamız var. C&S Group Azərbaycanın etibarlı və peşəkar kons­altinq şirkətləri sırasındadır. Dayanıqlı keyfiyyət və qüsursuz xidmət göstərərək partnyorlarımızla uzunmüddətli biznes əlaqələrini formalaşdırmışıq. Münasibətləri daim qarşılıqlı güvən, qazanc prinsipi ilə qurmuşuq. Biz,​ partnyorlarımızın ən düzgün qərarları verməsinə yardımçı olaraq, onların biznes strategiyasını formalaşdırırıq.

Sizə dəstək olmaq üçün aşağıdakı xidmətləri təklif edirik:

-vergilərin planlanması və optimallaşdınlması;

-mühasibatlıq, daxili sənədləşmənin təşkili, dövlət orqanlarına hesabatların verilməsi;

-ianə, sponsorluq və investisiya qoyuluşu zamanı xüsusi vergitutma rejiminin əldə edilməsi;

-əməliyyatların vergitutma nəticələri və digər vergi məsələləri üzrə rəylərin yazılması;

-şirkətin vergi uyğunluğu vəziyyətinin yoxlanılması və məsləhətlərin verilməsi;

-vergi mübahisələri;

-mühasibat uçotunun qurulması;

-əməkhaqqlarının hesablanması;

-aylıq, rüblük və illik hesabatların hazırlanması;

-vergi yoxlamalarının müşayiət edilməsi;

-vergi qanunvericiliyinə əsasən məsləhət;

-hesabatların Vergilər Departamentinə, Dövlət Sosial Müdafə Fonduna, Dövlət Statistika Komitəsinə, Dövlət Məşğulluq Fonduna və digər dövlət idarələrinə təqdim edilməsi;

-müəssisənin maliyyə sənədlərinin auditinin aparılması, aşkarlanan nöqsanlar barədə akt tərtib olunması və aşkarlanmış nöqsanların aradan qaldırılması;

-müəssisənin maraqlarının dövlət orqanlarında təmsil edilməsi.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın