Mühasibatlıq və nəzəri biliklər

19.09.2025C&S Group 98

 

Mühasib peşəsi əmək bazarında ən tələbatlı ixtisaslardan biridir.  Mühasib olmaq istəyən namizəd düşünür ki, mühasibatlıq üzrə bacarıqlara yiyələnmək üçün praktiki bacarıqları öyrədən təcrübə kursları yetərlidir, lakin sırf əməliyyatları öyrənmək uzunmüddətli perspektivdə sizi kiçik mühasib vəzifəsindən kənara çıxara bilməyəcək.

 

Nəyə görə nəzəri biliklər önəmlidir?

-ilk növbədə qanunvericiliyi dərindən anlamaq üçün; mühasibat uçotu qanunlara və beynəlxalq standartlara əsaslanır. Vergi Məcəlləsi, Maliyyə Hesabatı Standartları kimi normativ sənədləri dərindən mənimsəmək sizin qərarvermə bacarığınızı gücləndirir;

oxşaxəli yanaşma; mühasibin işi, sadəcə qaimə yazmaq və ya ödənişlər etməkdən ibarət deyil. Qarşılaşa biləcəyiniz daha mürəkkəb situasiyalarda hansı addım atmalı olduğunuzu nəzəri bazaya əsasən qərarlaşdırırsınız;

-uğurlu karyera zirvəsi; mühasibatlıqda qısa müddətdə yüksək vəzifəyə çatmağın sirri möhkəm nəzəri təməldir. Baş mühasib vəzifəsinə qədər yüksəlmək istəyirsinizsə, beynəlxalq mühasibat standartlarını və qanunvericilik bazasını yaxşı bilməlisiniz.

 

Praktiki biliklər isə təbii ki, lazımdır. Mühasibat proqramları ilə işləməyi, ödəniş əməliyyatlarını necə aparmağı, sənədləşmə proseslərini doğru şəkildə başa düşməyi öyrənmək sizə sürətli başlanğıc verə bilər, ancaq təkcə praktikaya əsaslanmaq illərlə eyni vəzifədə qalmaq riskini artırır. Belə ki, nəzəri biliklər olmadan çətin situasiyalarda düzgün addım atmaq qeyri-mümkün hala gəlir. Ona görə də doğru balansın yaratmaq lazımdır: nəzəriyyə + praktika.

Güclü nəzəri biliklər olmadan mühasib peşəsində sürətlə irəliləmək mümkün deyil. Nəzəri biliklərə üstünlük verməklə siz vergi, mühasibat standartları, məcəllələr, beynəlxalq uçot qaydaları barədə baza formalaşdırırsınız. Əvvəlcə nəzəri bilikləri öyrənməyə sərf olunan müddət, bəlkə də, sizə vaxt itkisi kimi görünə bilər, lakin bu, uzunmüddətli perspektivdə sizin vaxtınıza qənaət edəcək. Nəzəriyyəni mənimsədikdən sonra praktikada müntəzəm şəkildə tətbiq edərək real iş mühitində öz biliklərinizi təkmilləşdirəsiniz. Təcrübəniz artdıqca isə daha böyük layihələrdə və şirkətlərdə çalışma şansı qazanacaqsınız. 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın