Mühasibatlıq və konsaltinq xidmətləri

16.07.2026C&S Group 13

 

C&S Group uzunmüddətli  təcrübəyə malik müxtəlif biznes xidmətləri üzrə ixtisaslaşmış peşəkar komandası ilə fiziki və hüquqi şəxslərə mühasibatlıq, vergi, audit, hüquq, şirkətlərin qeydiyyatı, miqrasiya, gömrük, insan resursları, məsləhət xidmətləri təklif edir. Biznes məsləhətçilərimiz müştəri yönümlü və mürəkkəb layihələri idarə edə bilən təcrübəli mütəxəssislərdir.

Şirkətimiz müvəqqəti düzəlişlər deyil, qalıcı həllər təklif edir. Komandamız problemlərinizi həll etməklə yanaşı, problemin nədən qaynaqlandığını və bunun baş verməməsi üçün nə etmək lazım olduğunu da aşkar edəcək.

Müştəri yönümlü bir şirkət olaraq hər zaman müştərilərimizin maraqlarını işimizin mərkəzinə qoyuruq. Müştərilərimizin işinə öz işimiz kimi yanaşaraq onların biznesinin bütün potensialını açmaq üçün çalışırıq. Təklif etdiyimiz xidmətlərə aiddir:

-müxtəlif biznes sahələri üzrə mühasibat uçotunun təşkili;

-mühasibatlıq əməliyyatları və sənədləşmə;

-bütün hesabatların dövlət orqanlarına təqdim edilməsi;

-mühasibat uçotunun  bərpa edilməsi;

-uçot siyasətinin işlənməsi və optimallaşdırılması;

-uçotun avtomatlaşdırılması;

-hesabatların beynəlxalq maliyyə hesabatları standartlarına uyğunlaşdırılması;

-gəlir və xərclər, debitor və kreditorlarla hesablaşmalar, qeyri rezidentlərlə hesablaşmalar, bank əməliyyatları, kassa və pos-terminal əməliyyatları, ticarət və anbar uçotu, əsas vəsaitlər, əmək haqqı hesablamaları, işçi heyəti ilə hesablaşmalar və s.;

-aylıq, rüblük, illik maliyyə hesabatlarının tərtib edilməsi və s.;

-mühasibatlıqla bağlı konsaltinq xidmətləri.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın