C&S Group şirkəti fiziki və hüquqi şəxslərə mühasibatlıq xidmətləri təklif edir.
Enerjinizi biznes proseslərində cəmləyib gəlir əldə etmək istəyirsinizsə maliyyə məsələlərinin həllini peşəkar mühasiblərə həvalə etmək ən doğrü seçim olacaqdır.
Şirkətimiz müştərinin tələblərinə uyğun keyfiyyətli autsorsinq mühasibat xidmətlərini təklif edir. Şirkətimizin təklif etdiyi mühasibatlıq xidməti şirkət və fərdi sahibkarlar tərəfindən ştatda mühasib və auditorlarlar saxlamaq zərurətini aradan qaldırır, bu isə öz növbəsində sahibkarı işçinin ştatda saxlanılması ilə bağlı önəmli xərclərdən azad edir.
Münasib qiymətə təklif etdiyimiz müstəqil autsorsinq mühasibatlıq xidmətləri həmçinin mühasibatlıqla bağlı üzləşə biləcəyiniz risklərin qarşısını tam olaraq alır, vergi, DSMF və digər sahələrdə sənədləşmə işlərinizin tənzimlənməsini təmin edir.
Rahatlıq və qarşılıqlı əlaqənin asanlığı məqsədi ilə şirkətimizlə mühasibat xidmətlərinin görülməsi barədə müqavilə bağlamış sahibkarların hər birinə fərdi mühasib təyin olunur.
Şirkətimiz mühasibatlıqla bağlı növbəti xidmətləri təklif edir:
- - ilkin qeydiyyat sənədlərinin rəsmiləşdirilməsi;
- - cari əməliyyatların (elektron qaimə-fakturaların, invoysların, ödəniş tapşırıqlarının hazırlanması, elektron vergi hesab-fakturaların) həyata keçirilməsi;
- - gəlir və xərclərin qeydiyyatının aparılması;
- - Vergi, DSMF, sığorta, məşğulluq və digər hesabatların hazırlanaraq Dövlət Vergi Xidmətinə təqdim edilməsi;
- - statistik hesabatların təqdimi;
- - 24/7 müştəriyə mühasibatlıq və vergi barədə məsləhətlərin verilməsi;
- - internet vergi kabinetinin daima nəzərətdə saxlanılması və dövlət vergi orqanları ilə yazışmaların aparılması;
- - işçilərin əmək haqqlarını hesablayaraq müvafiq köçürmələrin edilməsi və s.
Eyni zamanda şirkətimizdə müştərimizin qarşılaşacağı istənilən problemi peşəkarcasına həll edəcək ixtisaslı vergi məsləhətçiləri, hüquqşünaslar və HR mütəxəssis heyəti mövcuddur.Yalnız yüksək keyfiyyətli peşəkarlarla iş birliyi sizin biznesinizin inkişafına təminat verir.