Mühasibatlıq üzrə proqramlar

14.01.2021C&S Group 2047

 

Şirkətinizin gəlir və xərc izləməsinə sərf etdiyiniz zamanı 80% azaldın!

lir və xərclərin hesablanmasının şirkət üçün zaman alan və çətin proses olduğunu hər kəs bilir. Bu hesablamada yer alan excel cədvəllər, bəzən nizamlı tutulmayan dəftərlər, itən çeklər, məlumatların daxil olmasına sərf olunan zaman; bu müddətin sıxıcı keçməsinə aparır. Hesab tutmaq, xüsusilə, öz işinin rəhbəri olan şəxslər üçün xüsusilə çətindir. Bu nöqtədə şirkətinin böyüməsini istəyən yeni biznesə başlayanların zamanlarını dəyərli istifadə etmələri üçün güclü ilkin mühasibatlıq məlumatlarına  sahib olması gərəkdir. Bu prosesə çox zaman sərf etməmək üçün web əsaslı mühasibatlıq proqramından yararlanmalısınız. Bunun sahəsində gəlir və xərlərin hesablanması başda olmaqla, digər işlərəsərf olunan saatı 80%  azaltmış olacaqsınız.

Bəs bu proqramlardan necə yararlana bilərsiniz?

Bu proqramlar sayəsində ofisə getmədən rahatlıqla hər yerdə fakturanızı yarada bilərsiniz. Komputer, planşet və ya telefon vasitəsilə əməliyyatlarınızı iki dəqiqə ərzində həll etmiş olacaqsınız. Proqramdan istifadə üçün yalnız internetə ehtiyacınız olacaq. Onlayn ilkin mühasibatlıq proqramları sayəsində hazır şablonlara gərəkli məlumatları daxil edərək qısa zamanda əməliyyatlarınızı icra edirsiniz. Əlavə olaraq fakturalarınız internet üzərindən asanlıqla müştərilərinizlə bölüşür və əməliyyatın doğru olub olmadığına dair təsdiq alırsınız. Eyni zamanda gərəkli arxiv məlumatlarınıda proqramda saxlayaraq lazım olduqda asanlıqla tapacaq və zaman itirməyəcəksiniz.

Xatırladaq ki,  gəlir və xərc izləməsi müəssisələr üçün əvəzolunmazdır. Gəlir və xərcini nizamlı olaraq qeyd etməyən bir firmanın inkişafına imkan yoxdur. Şirkət əməkdaşlarının  maaş, bonus və avanslarının, həmçinin, onların şirkət üçün xərclədikləri məbləğlərin sistemə daxil edilməsi bu izləmənin mərkəzdə dayanır. Bu nöqtədə onlayn ilkin mühasibatlıq proqramı köməyinizə çatacaq. Yalnız bir kliklə proqramda buna dair avtomatik hesabatlar da yarada bilərsiniz.

Cari hesabın izlənməsi, müəssisələrin böyüməsi üçün çox önəmlidir. Xüsusilə hansı müştərilərin müəssisəyə borcunun olduğu buraya daxil edilməlidir. Bununla yanaşı şirkət rəhbərinin vaxtı gəlmiş ödənişlərinin qeyd olunmasıda vacibdir. Bunun sahəsində bütün əməliyyatlar qısa zamanda həyata keçirilir. Eyni zamanda cari hesab uzlaşmasıda edə bilirsiniz.

Proqram vasitəsilə hazırlayacağınız digər bir əməliyyat isə hesabatlardır. Bir çox sahibkar əvvəlki illərdən qalan qarışıq məlumatları saatlarca qarışıq cədvəllərə qeyd edir. Ancaq istifadəsi asan olan mühasibatlıq proqramları ilə istədiyiniz zaman maliyyə analizlərini çıxara bilirsiniz. Bu proqramlarda hazır hesabat şablonları yer alır. Hazırki dövrdə bir çox sahibkar excel və maliyyə dəftərlərində gəlir - xərc izləməsi edir ki, bu formada sistemlərin keçərlilik müddəti çoxdan dolub. Gəlir və xərclərin proqrama doğru şəkildə, vaxtında daxil edilməsi və hesabatlarının yaradılması bir müəssisə  üçün böyük önəm daşıyır. Bu zaman nağd pul axını tərtib etmək və planlaşdırılan gözləntiləri ən yaxşı şəkildə qarşılamaq mümkün olacaqdır.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın