Mühasibatlıq təlimi

13.05.2020C&S Group 2535

 

Şirkətlər arası rəqabətin artdığı və iqtisadi bazarın surətlə böyüdüyü dövrdə şirkətlər birlikdə çalışacaqları namizədləri seçərkən mühasibatlıq – maliyyə sahəsində ali təhsil almış və təcrübəsi olan namizədlərə üstünlük verirlər. Bu səbəbdən hazırki zamanda seçəcəyiniz ixtisas üzrə ali təhsil almaq önəmli sayılır. İxtisas üzrə təhsilin ilk ünvanları ali təhsil müəssisələridir. Lakin universitetlər xaricində xidmət göstərən peşə ixtisas kurs və təlimləri sayəsində də insanlar müəyyən peşə sahibi ola bilir. Bu kurslarda ən tələbatlı sahə hal-hazırda mühasibatlıqdır.

     -   Mühasibatlıq üzrə təlim və kurslarda tədris necə keçirilir ?

Mühasibatlıq üzrə təlimlərdə keçirilən tədris nəzəri və praktik məlumatlar əsasında qurulur. Bu təlimlərdə iştirakçılar mühasibatlıq üzrə proqramlar ilə tanış olur, bu proqramlardan necə  istifadə olunmasını, analiz və hesabat əməliyyatlarını, hesab-fakturalar, əmək haqqı sənədləri, banklarla cari iş prosesi haqda məlumatlanır və dövlət orqanları ilə qarşılıqlı iş prosesi haqqında məlumat almış olurlar.
Mühasibatlıq kurslarında bu yöndə istifadə olunan komputer proqramının önəmi və istifadəsi ilə yanaşı, müəssisələrdə istifadə olunan rəsmi sənədlər, bu sənədlərin necə yığılması, bəyannamələr, hesabların vahid qrafiki başlığı altında balans haqqında məlumatlar təqdim olunur.


    -     Bəs bu təlimlərdə necə nailiyyət qazana bilərsiniz ?

Mühasibatlıq üzrə təlimlərdə nəzəri və praktik informasiya verilsə də, bu informasiyanı öyrənərkən özünüinkişaf iştirakçının əlindədir. Təlim zamanı keçirilənlər qeyd edilməli və mütəmadi təkrar edilməlidir, çünki mühasibatlıq dedikdə olduqca geniş sahə nəzərdə tutulur.

Praktik yönümlü mühasibatlıq təlimlərində nailiyyətli olmaq üçün təlimə başlamazdan əvvəl proqram təminatı haqqında az da olsa araşdırma aparmaq sizə faydalı ola bilər. Təlim prosesində hər şey sizə ətraflı, izahlı şəkildə öyrədilsə də təlim öncəsi əldə etdiyiniz məlumat sizə lazımlıdır. Hətta komputer istifadəsi zəif olanlar bu bacarıqlarını inkişaf etdirib qatıldıqda daha yaxşı nəticə əldə edəcəklər.Təqdim olunan mühasibatlıq kursları tələbələrə müəssisədə mühasib və mühasib köməkçisi kimi işləmək üçün lazımı bilik və bacarıqlar əldə etmək imkanı verir. Odur ki, təlimi bitirən şəxslər istənilən fəaliyyət sahəli özəl müəssisələrdə kiçik mühasib, mühasib köməkçisi kimi iş tapa bilərlər.

Qeyd edək ki, bu yöndə şirkətimiz tərəfindən təşkil olunan təlimlər mühazirələrin praktik məşğələlərlə birləşdirilməsi prinsipinə əsaslanır.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın