Şirkətin uğurundan cavabdeh olmaq və hər işin planlandığı kimi həyata keçdiyini təmin etmək çətin bir məsuliyyətdir. Hər bir şirkətin mühasibatlığı elə bir sahədir ki, bütün şirkətlərdə sadəcə düzgünlük və dəqiqilik tələb edir.Şirkətinizin maliyyəsinin yaxşı izlənməsi və dəqiq olması sizə təcrübəli peşəkarlardan ibarət olan bir mühasibat şirkətinin kömək edə biləcəyi məsələdir.
Autsours edilmiş mühasibatlıq sizin mühasibatlıq departamenti vəzifəsini yerinə yetirəcək xidməti almaqdır. Mühasibat autsoursinqinə günlük əməliyyatların icrası, alacaqlar və borclar, əmək haqqı, vergi və maliyyə hesabatlarının idarə edilməsi daxildir. Biz həmçinin şirkətin qurulması, ləğvi və s. hüquqi konusultasiyalar da təklif edirik. Son vaxtlarda dünyada bütün bizneslər xərci azaltmaq və performansı artırmaq üçün təzyiq altında olduğu üçün mühasibat uçotunun autsours edilməsi daha da strateji bir seçim olaraq özünü biruzə verir.
Belə bir səhv fikirdə yayılmışdır ki, “autsoursinq” və “ofşorinq” terminləri bir-birinin yerində işlədilir. Bu iki terminin mənasında əsas fərq yerdir. Ofşor satın alınan iş və xidmətin başqa bir ölkədə yerinə yetirilməsidir. Bu proses işçi qüvvəsinin ucuz və qanunların şirkət üçün daha asan olduğu uzaq ölkələrdə həyata keçirilir. Autsoursinq isə xüsusi bir xidmətin sizin olmayan başqa bir şirkət tərəfindən yerinə yetirilməsi prosesidir.
Niyə şirkətlər mühasibat işlərini autsours edirlər?
Əlbəttə ki, hər biznes fərqlidir, lakin autsours prosesinin başladılması üçün bəzi ortaq səbəblər də mövcuddur;
· - Büdcə problemləri – azalan pul axını şirkətləri harada qənaət etmək barədə strateji seçim etməyə məcbur edir. Mühasibatlıq bir biznesin əsas təməl nöqtəsi olmadığı üçün bunun üçün autsours xidmət verən şirkətlərə müraciət etmək sahibkara büdcəsində qənaət etmək şansı yaradır;
· - İnvestor kapitalı (sərmayəsi) – dəqiq və tam maliyə rəqəmlərini investorlara təqdim etmək çox vacibdir. Düzgün sənədləşmə ilə etibarınızı artırmaq investisiya almaq üçün işinizi asanlaşdırır;
· - Banklardan maliyə dəstəyi – şirkətiniz genişlənməyə hazır olduqda banklardan əlavə maliyələşməyə ehtiyac ola bilər. Əvvəlki bənddə qeyd olunan qayda banklar üçün də vacibdir. Belə bir dəstək üçün düzgün və əhatəli maliyə hesabatlarına ehtiyac duyacaqsınız;
· - Texnologiyanın inkişafı – hər gün texnologiyanınn inkişafı ucuz kommunikasiya və inkişaf etdirilmiş infrastruktur, əməliyyatları yerindən asılı olmayaraq mümkün hala gətirir. Biznesin hər sahəsində olduğu kimi mühasibatlıq sahəsində də texnologiya eyni sürətlə böyük dəyişikliklər edir. Bu texnoloji dəyişikliklərə ayaq uydurmaq vaxt və sərmayə baxımından xərcli bir işdir. Müasir texnoloji inkişaflara ayaq uyduran bir şirkətə mühasibatlığınızı əmanət etmək isə daha vacibdir;
· - Əhəmiyyətli böyümə - şirkətin pul axını artırsa bu o deməkdir ki, gəliri idarə etmək üçün daha çox qaynağa ehtiyac duyulacaqdır. Biznesin hər sahəsinin nəzarət altında olduğundan əmin olmaq üçün autsours etmək ən sadə yoldur;
· - Mühasibatlığın funksiyasını dəyişdirmək – şirkətlərdə qərarların verilməsinə dəstək vermək və mühasibat uçotu qanunvericiliyinə, prinsiplərinə riayət etmə səviyyəsini qaldırmaq üçün təzyiq edilir. Autsoursinq şirkətə bu işləri görməyə kömək edir, eyni zamanda vaxt aparan prosesləri tənzimləyir.
Mühasibat departamentinin autsours edilməsinin biznes üçün fayadaları və üstünlükləri nələrdir?
· - Xəstəlik ya da analıq məzuniyyəti yoxdur - tərəfdaş şirkətin hər zaman bir-birinə dayaq ola bilən işçi heyəti var;
· - Tətil yoxdur – ən yaxşı işçiləriniz də tətilə çıxmalıdır, bu qanuni haqlarıdır. Autsours partnyorunuzda isə belə bir şey ola bilməz. Beləliklə tətil ya da normal iş günləri fərqi yoxdur, işləriniz hər zaman yerinə yetirilir;
· - Peşəkar kommunikasiya var – maliyənizi idarə edən şəxslərin sizinlə eyni dili danışması bir üstünlükdür. Peşəkar dili bilmək və onu xidmət aldığınız şirkətlə danışa bilmək və öyrənmək imkanı mövcuddur;
· - Ən yaxşı mütəxəssislər var – böyük şirkətlər mühasiblərinin peşəkarlar olmasını arzu edir. Bütün ofis işçilərinin təlimli olması, kiçik bir şirkət komandasının davamlı olaraq təlim keçməsindən daha asan və daha ucuz olacaqdır.
· - Dəstəkləyici mühit var - mühasiblərin bir yerdə olması, bilik və təcrübənin bölüşüldüyü bir mühit deməkdir. Belə bir komanda ilə ən çətin məsələləri belə həll etmək asandır.
· - Biznesin böyüməsi və inkişafı üçün əməkdaşlarının strateji yollar ilə qərarlar verməsi və innovasiyalar etməyi lazımdır. Sahibkara biznesinin inkişafına daha çox vaxt ayırması üçün şans yaradır.
· - Fırıldaqçılığın qarşısının alınması - bu uğursuz bir həqiqətdir, lakin autsours edilən mühasibatlıqdan daha çox daxili mühasibatlıqda saxtakarlığa rast gəlinir. Şirkət daxilindəki mühasiblər məxfi məlumatlara giriş əldə edir və başqalarının buna göz yummasına nail ola bilirlər.
· - HR xərclərinizdə azalma olacaq – işçi işə götürmək baha başa gəlir. Mühasib işə götürməsəniz siz müavinət xərclərini (tibbi sığorta, ödənilən vaxt, pensiya, xəstə günlər, işçinin kompensasiyası və s.) qənaət edəcəksiniz. Bu gəlir strateji bir şəkildə işinizi inkişaf etdirə biləcək bir işə ayrıla bilər.
· - İT xərclərinizdə azalma olacaq - şirkətlər qabaqcıl mühasibat texnologiyaları və təcrübələrinə ayaq uydurmağa çalışırlar amma bu bahalı və uzun bir prosesidir. Artıq mövcud standartlaşmış proseslərə etibar edin, öz tətbiq və sistemlərinizi inkişaf etdirmək üçün vaxt və vəsait ayırmayın, çünki bu davamlılıq tələb edir və bu davamlı xərc və vaxt deməkdir.
· - Hər zaman, hər yerdə maliyyə məlumatlarına çata biləcəksiniz – bu gün bulud əsaslı proqramlar maliyyə məlumatlarınıza və qeydlərinizə online olaraq çatmağınıza imkan verir.
· - Sürətli həllər – işinizdə qanunvericiliklə əlaqəli təcili məsələr ortaya çıxarsa autsoursinq şirkətləri onları vaxt və pula qənaət edərək sürətli bir şəkildə həll edir.
Əgər bütün bunları oxuduqdan sonra mühasibatlığınızı autsours etməyi düşünməyə başlamısınızsa ilk addımı bizimlə əlaqə quraraq ata bilərsiniz. Biz, sizin şirkətiniz üçün bir yol xəritəsi hazırlayacağıq və sizin də təsdiqiniz ilə prosesə başlayacağıq.
Mühasibatlıq xidməti başda olmaqla həmçinin insan resursları, hüquq, vergi, gömrük xidmətlərimiz də mövcuddur.