Mühasibatlıq şirkəti

23.12.2020C&S Group 1668

 

Biznes qurmaq istəyənlər üçün məsləhətlər:

- auditoriyanızı tanıyın; biznesiniz üçün müəyyən bir auditoriyaya xidmət etməlisinizsə işçi heyətinizi bu üzrə mütəxsəssislər ilə qurmalısınız. Bu, ilk addımdır. Komandanızı kimlərin təşkil  edəcəyinə aydınlıq gətirdikdən sonra bütün digər addımlar daha təsirli olacaqdır;

- işinizi optimallaşdırın; nə qədər qısa zaman kəsiyində biznesinizə inteqrasiya etsəniz, komandanızla da ünsiyyət qurma şansı o qədər çox olar. İnsanların niyə sizinlə çalışmasını aydınlaşdırın və sizə yüksək xidmət göstərmələri üçün onlara diqqətlərini çəkəcək təkliflər (əmək haqqıdan əlavə müəyyən bonus sistemi tətbiq edə bilərsiniz) edin. Bu addım hər zaman işçini motivasiya edəcək yoldur;

- e-poçt siyahınızı yaradın; bu, biznesinizə dəstək ola biləcək yaratdığınız cəmiyyətin(topluluğun)  böyüməsinə kömək olacaq. E-poçt siyahınız nə qədər böyükdürsə, cəmiyyətinizin bir o qədər potensial üzvü var deməkdir;

- “nişan”ı sistemləşdirin; nişan insanları cəmiyyətinizə cəlb edən nüansdır və təsadüfi üzvlərdən əsas üzvlərə keçmələrinə kömək edir (əvvəlki məqaləmizdən “topluluq”, “əsas və yeni üzvlər”  mövzusunda məlumatlana bilərsiniz). Bacardığınız qədər işşinizi sistemləşdirin və avtomatlaşdırın ki, hər üzvünüz hər addımda məşğul olsun;

- cəmiyyətinizi böyütmək istəyirsiniz? Daha müntəzəm və əsas üzvlər istəyirsiniz? Daha çox dəyər əlavə edin. Dəyər, açardır. İşçinizə nə qədər çox dəyər versəniz, cəmiyyətiniz o qədər böyük və səmərəli iş görəcəkdir;

- rəhbər olaraq xidmətinizin satışını etməkdən bir az geri çəkilin; bəli, xidmətinizi və ya məhsulunuzu bütün potensial müştərilərə satmaq cazibədar ola bilər, lakin işçilərinizin işinə dəyər verməyə diqqət yetirsəniz, onlar xidmətlərinizin satışını edəcəkdir;

- xidmətlərinizi əhatə edən ətraflı və orijinal məzmun hazırlayın.

 

Məsləhətçi olmağın ən çətin problemlərindən biri təklikdir, ancaq komandanızın gətirdiyi mənsubiyyət və komanda işi hissi ilə öz işinizi aparmağın azadlığı və rahatlığını hiss edəcəksiniz.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın