Hazırda demək olar ki, bir çox şirkətlərdə mühasibatlıq proqramları tətbiq olunur. Bu proqramlar biznes sahiblərinin, şirkətlərin və ya qurumların öz mühasibatlıq bazasını mühasibatlıq paket proqramları ilə və ya şirkətə özəl yazılan mühasibatlıq proqramları ilə işləməsidir.
Dövrümüzdə şirkətlərin cari işlərini elektron formaya keçirməsi böyük bir önəm qazanmış və demək olar ki, bütün qurum və şirkətlər mühasibatlıq maliyyə işlərini elektron formada işləməyə başlayıb. Bunun üçün proqram təminatının yazılması ilə məşğul olan şirkətlər tərəfindən mühasibatlıq proqramlarının paket formaları hazırlanıb, satışa verilir. Şirkətlər bu proqramlardakı baza ilə mühasibatlığa dair məlumatları yadda saxlaya, ümumiləşdirə, analiz edərək onların cədvəllərini hazırlaya bilər.
Ümumi ehtiyaca yönəlmiş mühasibatlıq proqramlarını istifadə edən şirkətlər həm zamana qənaət edir, həm də əməliyyatların surətlə, güvənilir bir şəkildə həyata keçirilməsindən məmnun qalır. Əlbəttə ki, proqram təminatına yönəlmiş əməliyyat bazası şirkətdə işçi sayının çoxluğuna ehtiyac yaratmayaraq şirkətin maliyyə baxımdan xərcini azaldır. Şirkətlərin təqdim etdiyi proqram paketləri istifadə olunacaq komputerə uyğun olaraq hazırlanır. Proqram təminatı yazan şirkətlər iş həcminə uyğun modeldə komputer istifadəsini tövsiyə edərək, proqram istifadə edəcək şirkətlərə bu mövzuda teknixi məlumat və dəstək də verir.
Proqramlarda mühasibatlığın əsas funksiyaları; alan və ödəyən tərəf, borcların izlənilməsi, malın satışda olub olmaması, faktura hazırlama, bank hesabları kimi bir çox əməliyyatların proqram ilə surətli, asan, düzgün və müntəzəm olaraq icrası aparılır.
Mühasibatlıq proqramları ilə faktura, xərclərin uçotu, işçilərin əmək haqqı sənədlərinin təşkili, çek və sənədlərin uçotu, vergi bəyannamələrinin hazırlanması mümkündür.
Surətlə inkişaf edən komputer texnologiyasını təqdim edən proqram təminat şirkətləri onlayn əldə olunan mühasibatlıq sistemləri ilə şirkətlərə rahatlıq təmin edir. Proqrama girişi olan komputerdən şirkətin maliyyə vəziyyətini analiz etmək, gərəkli maliyyə analiz cədvəllərinə baxa bilmək və onların çap funksiyasından yararlanmaq mümkündür.
Ümumilikdə bu proqram təminatlarını yazan şirkətlər onların istifadəçisi tərəfindən çox asan anlaşılan, problemsiz işlək sistem kimi təqdim edir. Mühasibatlıq proqramları inteqrasiya edə bilir.
Proqram vasitəsilə analiz edilərək nəticələr alınır və onlara uyğun maliyyə vəziyyəti daima nəzarətdə saxlanılır.