Mühasibatlıq proqramı

16.11.2020C&S Group 2760

 

Mühasibatlıq uçotu və müasir texnologiyanin ideal uyumu -  mühasibatlıq proqramları!

 

Mühasibatlıq proqramları mütəxəssis mühasiblər tərəfindən istifadə olunur. Proqram təminatlarını tətbiqi və istifadəsi mühasibatlıq dünyasında əhəmiyyətli inqilaba səbəb olmuşdur. Bu proqramlar maliyyə əməliyyat prosesini səmərəli və sürətli etmişdir. Bütün əməliyyatlar; debitor və kreditor borclar, pul vəsaitlərinin hərəkəti analizi, sınaq balansı, balanslar, gəlir və xərclərin vərəqələri və əmək haqqı hesablanması kimi əməliyyatlar mühasibatlıq proqramı istifadə edilərək işlənir.

 

Proqram təminatının istifadəsi , təşkilata mövcud maliyyə hesabatları əsasında gələcək büdcənin yaradılmasını asanlaşdırır. Əldə olunan hesabatlar rəhbərliyə təşkilatın maliyyə fəaliyyətini ətraflı təhlil etməyə imkan verir. Mühasibat uçotu prosesinin avtomatlaşdırılması zamanı şirkətdə mühasibatlıq proseslərinin əyani yerinə yetirəcək işçilərə ehtiyacı azaldaraq, əməliyyat xərclərinin azalmasını da təmin edir. Sistem tətbiqetməsindən istifadə edərək bir təşkilat qeydlərini aktual saxlaya bilər, şirkət isə səhvlərinin azaldılması və əməliyyatlarda dəqiqlik üstünlüyü qazanar.


Təşkilat mühasibatlıq proqramını tətbiq etməklə inteqrasiya edib bir çox cəhətdən üstünlük əldə edir:

 

- proqram təminatı məlumat daxiletmə proseslərini sürətli və sadə edir;

- prosesləri avtomatlaşdıraraq siz əməkdaşların etdiyi səhvləri azaldıb maliyyə prosesindəki dəqiqliyin artırılmasını təmin edirsiniz;

- bu sistem, mərkəzləşdirilmiş verilənlər bazası istifadə edərək şöbələr arasında əməkdaşlığın genişləndirilməsinə kömək edir;

- bir müəssisə üçün vergi xərcləri azalır;

- mühasibat proqramının istifadəsi təsdiqləmə müddətini azaldır, beləliklə, şirkətdə məhsuldarlığın artması ilə nəticələnir;

- tətbiq, dərindən, yenilənmiş və məlumatverici hesabatlar əldə edərək təşkilatın qərar qəbul etmə gücü artır.



Mühasibat proqramının üstünlüklərini bildikdən sonra suallar yaranır ki, bu proqramlar hansı fəaliyyət sahəsiə uyğundur? Cavab isə aydındır ki, mühasibatlıqla məşğul olan hər təşkilat bu proqram tətbiqindən faydalana bilər. Proqramın faydalarından yararlana biləcək əsas təşkilati kateqoriyalara qeyri-kommersiya təşkilatları, kiçik müəssisələr, dövlət qurumları, səhiyyə qurumlarını göstərə bilərik.


Doğru komandanı seçmək niyə vacibdir:

Mühasibatlıq proqramlarında çalışmaq üçün doğru komandanın seçilməsi çox vacib bir rol oynayır, çünki bu, təşkilatın proqramı tətbiq etməkdən əldə edə biləcəyi faydanı müəyyənləşdirir.

Biz, müştərilərimizin ehtiyaclarını başa düşürük və bu ehtiyaclara maksimum effektiv həll tapmaq üçün səy göstəririk. On ilə yaxındır müştərilərimizə xidmət göstərməklə, müştərilərimizin bazarda seçilməsini təmin etmək üçün lazım olanı təhlili irəli sürməkdə dərin təcrübə qazanmışıq.

 

Başa düşürük ki, bir şirkətin mühasibatlığının təməlini səmərəli qurmaq üçün mövcud strukturları tətbiq etmənin ilk mərhələsində proqram təminatçıları tərəfindən güclü texniki dəstəklə qurmaq vacibdir. Buna görə də şirkətimizdəki mütəxəssislər qrupu, bir təşkilatın həm yeni, həm də mövcud strukturlarında mühasibat proqramının tətbiqi üçün sistematik bir yanaşma inkişaf etdirir. Bacarıqlı mütəxəssislərimiz mühasibat sisteminin uğurlu tətbiqi üçün izlənilməsi vacib addımları ehtiva edən çox pilləli bir yanaşma inkişaf etdirir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın