Fiziki və hüquqi kimi fəaliyyət göstərən sahibkarlara təklif etdiyimiz mühasibatlıq-maliyyə xidmətləri:
-sifarişçinin görülmüş işlərə və satılmış mallara görə hesab fakturalarının, qaimə fakturalarının, təhvil – təslim aktlarının hazırlanması;
-mühasibat uçotu haqqında qanunun və vergi məcəlləsinin tələblərinə əsasən mühasibat uçotunun aparılması;
-vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi;
-bank hesabatlarının, pul vəsaitinin hərəkəti hesabatlarının hazırlanması;
-əmək haqqı üzrə vergi və sosial sığorta haqqlarının ödənişinin həyata keçirilməsi;
-yeni müəssisələrin qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması və ya məlumat dəyişikliyinin (təsisçi, ad, nizamnamə və hüquqi ünvan) həyata keçirilməsi;
-vergi orqanında obyektlərin, nəzarət-kassa aparatlarının qeydiyyata alınması və çıxarılması;
-möhür, ştamp və ciddi hesabat blanklarının hazırlanması;
-müəssisələrin tələbinə uyğun olaraq 1 C mühasıbatlıq sisteminin qurulması.
Azərbaycanda son vergi qanunvericiliyi islahatları nağdsız hesablaşmaların və şəffaflığın təşviqi ilə xarakterizə olunur. Bu gün bizneslər daha yaxşı vergi planlaması və təşkilini axtarırlar ki, hazırki dəyişikliklərə uyğunlaşa bilsinlər. Xüsusilə, bir çox sahibkarlar mümkün vergi güzəştlərindən və azadolmalarından kifayət qədər məlumatlı deyillər. Biz müştərinin vergi və gömrük qanunvericiliyinə uyğun fəaliyyət göstərməsini, habelə, vergi və gömrük qanunvericiliyində nəzərdə tutulmuş güzəştlərdən faydalanmasını təmin edirik.
Biz “C&S Group” MMC olaraq, təmin edirik ki, sahibkarlar vergi və gömrük tənzimləmələrinə uyğun fəaliyyət göstərisinlər, vergi və gömrük sahəsində olan güzəştlərdən faydalansınlar. Azərbaycanda idxan və ixrac əməliyyatları ciddi şəkildə Gömrük Məcəlləsi ilə tənzimlənir və sahibkarların sadəcə vergi və gömrük sahəsində hüquqi məsləhətlər deyil, praktiki məsləhətlərin də alınmasına ehtiyac yaranır. Şirkətimizin mütəxəssisləri bu sahə üzrə peşəkar olaraq fəaliyyət göstərirlər.
Audit xidməti və audit olunmuş maliyyə hesabatları hər bir müəssisənin təsisçisi, direktoru, biznes tərəfdaşları, investorları və həmin maliyyə hesabatlarının digər istifadəçiləri üçün çox önəmlidir, çünki müstəqil audit yoxlaması və maliyyə hesabatları üzrə bildirilmiş auditor rəyi maliyyə hesabatlarının istifadəçiləri üçün həmin hesabatların doğruluğu barədə əminliyi təmin edir. Audit sayəsində siz müəssisənizin mühasibat uçotunda, maliyyə hesabatlılığında və daxili nəzarət sistemində olan çatışmazlıqları və səhvləri aradan qaldıra bilərsiniz.