1. Mühasibatlığınızı düzgün idarə edin;
Mühasib işə qəbul edə bilər və ya mühasibatlıq proqramına əməliyyatlarınızı köçürə bilərsiniz. Lakin mühasibatlıq proqramlarını öyrənmək və bu sahədə yaxşı məlumat sahibi olmaq vaxtınızı və enerjinizi aparacaqdır. Şirkətinizin bu ehtiyacını bu sahədə mütəxəssisləşmiş outsource maliyyə və mühasibatlıq şirkətlərinə də əmanət edə bilərsiniz. Gəlir və xərclərinizi bilmək şirkətin gələcəyi üçün çox vacibdir.
2. Xərclərinizi gözdən keçirin;
Bütün xərclərinizi qeyd edin. Bunları gözdən keçirməyiniz sərmayənizin daha çox nəyə xərcləndiyini ortaya çıxarcaqdır.
3. Maliyyə proqnozları müəyyənləşdirin;
Açıq və dəqiq proqnozlara sahib olmaq çox vacibdir. Bunu biznes planınızda qeyd edin. Sizin əsas biznes planınız gələcəkdəki mümkün maneələrin də qarşısını da alacaqdır.
4. Hesab faktura əməliyyatlarını göz ardı etməyin;
Məhsul və xidmət satdıqdan sonra hesab fakturaları göndərməyi gecikdirməyin. Ödəmə prosesi şərtini ən gec 7 günə təyin edin ki, unudulmasın. Həmişə göndərdiyiniz hesab fakturaların gedib ünvanına çatdığından əmin olun. Hesab fakturaları nömrələyin və ödəmələr olduğu zaman qarşılaşdırın.
5. Şirkətinizin bank hesabı ayrı olsun;
Bu hər kəs tərəfindən bilinsə də qeyd etməkdə fayda var. Şəxsi hesabınızı və biznes hesabınızı əgər qarışdırsanız izah edə bilməyəcəyiniz xərcləriniz və başınızı ağrıdacaq vergi problemləriniz olacaqdır. Biznesinizin pulunu ayırmağınız qazancınızı dəqiqləşdirəcək və xərclərinizi izləməyinizi asanlaşdıracaqdır.
6. Biznesinizə verdiyiniz borcları qeyd edin;
Biznesinizə öz cibinizdən nə qədər xərcləyirsiniz bunları dəqiq olaraq qeyd edin. Qazanmağa başlayanda bu borcları qaytarmaq üçün asan bir yol olacaqdır, eyni zamanda qeyd edilməyən borclar qazancdan çıxılmayacaq və bu sizin dəqiq nə vaxt qazanc əldə etməyə başladığınızı qeyri müəyyən bir hala salmayacaqdır.
7. İlk öncə özünüzə ödəmə etməyi unutmayın;
Bu o demək deyil ki, qazancdan gələn bütün maliyyə vəsaitini cibinizə qoyun, gəlirin 10% ilə başlaya bilərsiniz. Bu, davamlı olaraq kənara pul ayırmağınızı asanlaşdıracaq və biznesinizin qazanclı olub olmadığını test etməyinizə imkan verəcəkdir. Bu yolla gözlənilməyən xərclərinizi də sığortalamış olacaqsınız.
8. Qənaət edin;
Əmək haqqınızı özünüz versəniz də, biznes sahibi olmağınız sizi rahatlığa salmasın, yəni maaşınızı mümkün qədər az olaraq müəyyənləşdirin və sadəcə dövlət tərəfindən məcbur edilmiş üstünlüklərdən faydalanın. İndiki zamanda kənara qoyulan məbləğ gələcək aylarda sizing üçün avantaja çevriləcəkdir.
9. Səyahət xərclərinizi minimuma endirin;
Yüksəl məbləğ tələb edən səyahətlərə pul xərcləməyin. Bu, işçiləriniz tərəfindən yaxşı qarşılanmaz və geri dönüşü az olan lazımsız bir xərc ola bilər. Biznes səyahətlərinizi öz cibinizdən ödəyirmiş kimi planlayın.