Mühasibatlıq xidmətlərimiz

05.10.2026C&S Group 22

 

Hər bir müəssisə öz məlumatlarının etibarlı şəkildə saxlanılmasını, dəqiq mühasibat uçotunun aparılmasını, o cümlədən hesabatların düzgün təqdim edilməsini istəyir.

Sizin mühasibatlıq məlumatları ilə bağlı tələbləriniz müəssisənizin miqyasından və strukturunun mürəkkəbliyindən asılı olaraq dəyişir, lakin etibarlı informasiya həm müəssisənin özündə, həm də investor və ictimaiyyət qarşısında müəssisənin dəyərlərinə inam yaratmaq üçün əsas şərt olaraq qalır.

Mühasibatlıq komandamız, maliyyə uçotu işinin təşkili və qorunub saxlanılması, məlumatların vaxtında işlənilməsi, yerli mühasibatlıq və vergi tələblərinə, idarəetmə ehtiyaclarına uyğun maliyyə və vergi hesabatlarının hazırlanmasında köməklik göstərir. Mühasibat uçotunun aparılması üzrə outsorsinq xidmətlərimizdən istifadə etməklə müştərilər ixtisaslı mühasiblərdən təşkil olunmuş komandamızdan, daha səmərəli və dəqiq maliyyə xidmətlərindən, o cümlədən xərclərin və risklərin azaldılması imkanından yararlanır.

Şirkətimiz mühasibatlıq üzrə aşağıdakı xidmətləri təklif edir:

-qanunla müəyyən edilmiş standartlara uyğun olaraq gündəlik mühasibatlıq xidmətlərinin təmin edilməsi;

-hesabatların hazırlanması və dövlət orqanlarına təqdimi;

-mühasibatlığın yaradılması və optimallaşdırılması;

-mühasibatlığın və vergiyə uyğunluğun təftişi;

-əsas vəsaitlərin inventarizasiyası;

-razılaşdırılmış hesablar planında aylıq sınaq balanslarının qurulması;

-depozit hesab və bank hesabı üzrə əməliyyatların aparılması;

-illik hesabatvermə;

-bank hesabının yaradılması və üzləşdirilməsi;

-amortizasiya cədvəllərinin hazırlanması;

-əmək haqqının hesablanılması və s.

Bu xidmətlərlə yanaşı, biz həm də müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün onlara dövri olaraq idarəetmə uçotu ilə bağlı məlumat və hesabat təqdim edirik. Bu cür hesabatların forması və həmin hesabatlara daxil ediləcək məlumatlar dəyişkən ola bilər və hər bir müştərinin biznesinin hesabatvermə ehtiyaclarına uyğun olaraq hazırlana bilər.

Bzimlə əməkdaşlıq etməklə mühasibalıq üzrə peşəkar mütəxəssislərə çıxış imkanı əldə edəcəksiniz. Xidmətlərimiz sizə xərclərinizi azaltmağa və işlərinizi səmərəli idarə etməyə kömək edəcək. Bizi seçməyin ən böyük üstünlüklərindən biri də odur ki, siz gələcək planlarınızın qurulması ilə bağlı məsləhət ala bilərsiniz.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın