Mühasibatlıq - bir müəssisə ilə əlaqəli maliyyə əməliyyatlarının qeyd edilməsi, əməliyyatların ümumiləşdirilməsi və təhlili, daha sonra nəzarət orqanlarına, tənzimləyici orqanlara və vergi yığımı subyektlərinə hesabat verilməsi prosesidir.
Biznes sferasında mühasibatlığın düzgün qurulmaması gəlir və xərc hesabatının itməsinə, gəlirlilik səviyyəsinin azalmasına və işin mənfi dinamikada irəliləməsinə səbəb olur.
Ən ciddi problemlər isə hesabatlar dövründə özünü göstərir. Belə ki, hesabatların vaxtında təqdim olunmaması və ya hesabatlarda uyğunsuzluğun, səhvlərin təyin olunması sahibkar üçün ciddi məbləğli cərimələr və maliyyə sanksiyalarına səbəb olur. Doğru qurulmuş və optimiziyasiya olunmuş mühasibatlıq prosesi şirkəti görünməyən, lakin çox ciddi olan təhdidlərdən sığortalayır.
Təklif etdiyimiz mühasibatlıq xidmətlərinə:
- şirkətin uçotunun yoxlanılması və hesab qalıqların çıxarılması;
- xərclərin düzgün uçotu;
- əsas vəsaitlərin inventarizasiyası;
- mal qalıqlarının sayılması və balans hazırlanması;
- kassa hərəkəti;
- bank hesablarının işlənməsi;
- ƏDV depozit hesablarının işlənməsi;
- əmək haqqı cədvəllərinin hazırlanması və uçotu;
- MDSS hesabatı, statistik hesabat, vergi hesabatlarının təqdimi;
- məşğulluq mərkəzi üçün hesabatların hazırlanması və göndərilməsi (aylıq, rüblük, illik);
- hesab faktura (ƏDV ödəyicilər üçün) hazırlanması və göndərilməsi;
- elektron qaimələrin hazırlanması və göndərilməsi;
- asan imza ilə bağlı müvafiq işlərin icra edilməsi;
- sadələşdirilmiş vergi, əlavə dəyər vergisi, torpaq vergisi, aksizlər, müəssisələrin əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi və fiziki şəxslərin vergi uçotu və digər zəruri işlər daxildir.