Müəssisənin gələcəyi, mühasibat uçotunun düzgün və effektiv qurulmasından asılıdır. Təklif etdiyimiz xidmətin əsası müəssisənin daxili idarəetmə hesabatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Hər hansı bir iş təşkilatı üçün maliyyənin düzgün idarə edilməsi, dəqiq hesabatların aparılması və vergi qanunlarına riayət etmək vacibdir. Buna əsasən mühasibat uçotu, bir müəssisənin nailiyyətinin, dövlət tərəfindən tələb edilən maliyyə və hesabat standartlarına uyğunluğunun və müvafiq vergi ödəmələrinin təmin edilməsinin əsasını təşkil edir.
Mühasibat uçotunun yaxşı idarə edilməsi, müşahidəçi orqanların tələb etdiyi bütün sənədlərin düzgün şəkildə hazırlanmasına kömək edir və şirkətin maliyyə sahəsində güvənliyini təmin edir.
Biz, “C&S Group” MMC, mühasibat uçotu və mühasibatlıq xidmətləri təklif edirik. Maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılması və digər məsələlər üzrə müştərilərimizi dəstəkləyirik. Xidmətlərimizə daxildir:
-mühasibat uçotunun aparılması, mühasibat (maliyyə) hesabatlarının formalaşdırılması;
-fiziki və hüquqi şəxslərin fəaliyyətinin tam mühasibat müşayiəti;
-rüblük və illik hesabatların müvafiq nəzarətedici orqanlara (Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiəsi Fondu, Statistika İdarəsi, Məşğulluq İdarəsi) təqdim edilməsi;
-mühasibat uçotunun qurulması və ya bərpa edilməsi (mühasibat uçotunun aparılması üzrə konsultasiyalar);
-debitor və kreditor borcunun analizi və inventarizasiyası;
-vergi qoyma və vergi planlaşdırılması;
-vergi yoxlamaları zamanı təşkilatın maraqlarının təmsil olunması, vergi yoxlaması aktlarına etirazların hazırlanması;
-uçot siyasətinin işlənilməsi və optimallaşdırılması (müəssisənin hesabat siyasətinin hazırlanması və ilkin hesabat sənədlərinin tərtibi);
-müəssisənin kadrlar uçotunun aparılması.
Bizimlə əlaqə saxlayın və mühasibat uçotu və mühasibat xidmətlərimizlə maliyyə sahəsində dəqiqlik və rahatlıq əldə etməyə dəvət edirik.