Mühasibatlıq - peşəkar komanda işidir!

24.02.2026C&S Group 9

 

Müştərilərimizə təqdim etdiyimiz mühasibatlıq xidmətləri kifayət qədər mürəkkəb prosesdir. Böyük təcrübə və professional hazırlığı olan peşəkarlardan ibarət komandamız ilə biz bu xidmətin öhdəsindən keyfiyyət və məsuliyyətlə gəlirik. Mühasibatlıq uçotu üzrə xidmətlərimizə daxildir:


-mühasibat uçotu sisteminin təşkili; müəssisədə mühasibatlığın aparılması prosesini tərtib edə, ştatlı mütəxəssisləri məlumatlandıra bilər və sizi maraqlandıran hər hansı bir məsələ üzrə məsləhətlər təqdim edə bilərik;

 

-mühasibat uçotunun təftişi; mühasibatlıqda işlərin vəziyyətini yoxlaya, uçot prosesini təftiş edə, ilkin sənədlərin tərtibatının düzgünlüyünü yoxlaya bilər və  dövlət orqanlarına verilən hesabatların qanunvericilik normaları tələblərinə uyğun gəlməsinin təhlilini apara bilərik;


-uçot siyasətinin tərtibatı; mütəxəssislərimiz fəaliyyət sferanızı diqqətlə öyrənəcək və zərurət yarandığı təqdirdə təkmil və optimal uçot siyasətini, habelə, ən uyğun gələn maliyyə strategiyasını hazırlaya biləcək;


-vergi uçotu ; vergilərin hesablanmasını və sizin biznes üçün ən optimal olan vergi ödənişi sistemini seçməkdə sizə yardımcı olacıq.  Bu istiqamətdə müstəqil şəkildə müəssisənin vergi uçotunu formalaşdıra bilərik. Bununla siz büdcə ödənişlərinizə də qənaət etmiş olarsınız;


-məsləhətlər; mütəxəsislərimiz sizə zəruri olan hallarda həm şifahi, həm də yazılı formada  izahlar və məsləhətlər verə bilər;


-banklarla iş; bank əməliyyatları, ödəniş tapşırıqlarının hazırlanması, bank çıxarışlarının çeşidlənməsi və saxlanması, eləcə də, cari hesab üzrə bütün zəruri sənədlərin hazırlanması xidmətini təqdim edirik;


-hesabatların verilməsi; mühasibat uçotunun aparılması prosesinə hesabatların və bəyannamələrin hazırlanması daxildir. Mühasibat uçotunun aparılmasını bizə etibar etməklə həm problemlərdən uzaq olursunuz, həm də əlavə iş yerləri açmaq, təşkilati texniki təminatı həll etmək və digər zəruri məsələlərin təşkilindən azad olmuş olursunuz;


-mühasibatlıq hesabatlarının hazırlanması; şirkətin gələcək inkişafı onun mühasibat uçotunun nə dərəcə şəffaf aparılması ilə də ölçülür. Hesabatların yerli qanunvericiliyə tam uyğun hazırlanması və vaxtında təqdimi vacib amillərdən biridir. Müəssisə fəaliyyəti böyük həcmli olmasa və az ştat işçiləri ilə kifayətlənsə belə qanuna uyğun hesabatların təqdim edilməsi məcburi bir prosedurdur. Vaxtında təqdim edilməyən hesabatlara görə ciddi cərimələr nəzərdə tutulmuşdur. Ona görə bu işi professionallara həvalə etməyi daha məqsədəuyğun hesab edirik.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın