Mühasibatlıq, biznesinizin gizli qəhrəmanı və uğur formuludur!
Biznes qurarkən diqqət yetirilən ilk nüanslar adətən məhsul, marketinq və satış olur. Bəs, biznesinizin əslində təməli sayılan və onun maliyyə sağlamlığını təmin edən bir sahəni unutmuruq ki? Bəli, söhbət mühasibatlıqdan gedir. Bir çox sahibkar mühasibatlıq işini sadəcə vergi hesabatları təqdim etmək kimi görsə də, əslində o, biznesinizin uğurunu təyin edən gizli qəhrəmandır. Mühasibatlıq yalnız rəqəmləri qeyd etmək deyil, biznesin dili kimi düşünülməlidir. O, sizə aşağıda qeyd etdiklərimizi aydın formada göstərir:
-şirkətin maliyyə vəziyyəti: nə qədər pulunuz var, kimə borcunuz var, sizə kim borcludur? Mühasibatlıq balans hesabatı vasitəsilə biznesinizin anlıq maliyyə şəklini çəkir.
- mənfəət və zərər hesabatı sizə biznesinizin rentabelliyini göstərir: məhsullarınızdan pul qazanırsınız? Xərcləriniz gəlirlərinizi üstələyir?
-pul axını, pulun biznesinizə hansı sürətlə daxil olub, hansı sürətlə çıxdığını izləməyə, şirkətinizin likvidliyini qorumaq üçün çox vacibdir;
Heç bir sahibkar vergi yoxlaması zamanı narahat olmaq istəməz. Əslində, peşəkar mühasibatlıq xidməti bu narahatlığı tamamilə aradan qaldırır. Qanunvericilikdəki daimi dəyişikliklərə baxmayaraq, təcrübəli bir mühasib bütün hesabatların düzgün və vaxtında təqdim olunmasını təmin edir.
-səhv hesablamalar və ya düzgün qeyd edilməyən xərclər böyük cərimələrə səbəb ola bilər. Mühasibatlıq isə bu vergi risklərini aradan qaldırır;
-düzgün aparılan mühasibatlıq işi sayəsində audit yoxlamaları sizin üçün bir problem deyil, sadəcə bir formal prosedur olur;
-vergi optimizasiyası: qanuni çərçivədə mövcud olan bütün vergi güzəşt və imkanlarından istifadə etməklə biznesinizin vergi yükünü azalda bilərsiniz;
"Əsas işimə vaxt qalmır" – çox zaman sahibkarların şikayəti olur, lakin bütün maliyyə sənədləşməsini, hesabatların hazırlanmasını və vergi ödənişlərini peşəkarlara həvalə etsəniz boş vaxtınız yaranmış olar. Mühasibatlıq işini autsorsinq edərək, siz məhsul inkişafına, marketinq strategiyasına və müştərilərlə əlaqələrə daha çox vaxt ayıra bilərsiniz;
-xərc effektivliyi: tam ştatlı bir mühasib saxlamaq, bəzi kiçik və orta sahibkarlıq subyektləri üçün bahalı ola bilər. Lakin autsorsinq mühasibatlıq xidmətləri bu işi daha az xərc və daha yüksək peşəkarlıqla həyata keçirməyə imkan verir.
Mühasibatlıq sahibkarın rəqəmsal dünyada ən güclü silahıdır. Biz, mühasibatlıq xidmətini təkcə bir öhdəlik deyil, həm də biznesinizin inkişafı üçün bir alət kimi görürük. Bizim peşəkar mühasib komandamız bu günün sürətli rəqəmsal mühitində biznesinizin maliyyə ehtiyaclarını qarşılamağa, vergi risklərini azaltmağa və sizə dəyərli maliyyə məsləhətləri verməyə hazırdır.
Əgər siz də biznesinizin maliyyə əsaslarını möhkəmləndirmək və gələcəyə daha inamla baxmaq istəyirsinizsə bizə müraciət edin. Biz sizin muhasibatliq işlərinizi idarə edərkən, siz isə biznesinizin böyüməsinə fokuslanın!