Bu gün əksər şirkətlərin mühasibatlıq xidmətlərinə ehtiyacı var. Beynəlxalq bazarda, o cümlədən, Azərbaycanda mühasibatlıq xidmətlərini təklif edən şirkətlərin sayı dayanmadan artır. Autsorsinq sxemi ilə fəaliyyət göstərən belə şirkətlər, biznes subyektlərinə mühasibləri işə götürmədən, onlara müntəzəm ödəniş etmədən uçot işlərini aparmaq imkanı yaradır. Bir çox hallarda öz mühasibatlığına malik şirkətlər də onların xidmətlərindən faydalanır.
Mühasibat xidməti autsorsinqi, əməkdaşlığın elə formasıdır ki, ixtisaslaşmış tərəfdaş şirkət, mühasibat uçotunun təşkili və aparılması, hesabatların təqdim olunması, həmçinin, mühasibat və vergi uçotu üzrə digər funksiyaları öz üzərinə götürür.
Bakıda mühasibat uçotu autsorsinqi sahəsində ixtisaslaşan şirkətimiz aşağıdakı mühasibatlıq xidmətlərini təklif edir:
-mühasibat uçotunun qurulması;
-mühasibat uçotunun bərpası;
-mühasibat uçotunun aparılması;
-mühasibatlıq üzrə konsultasiya;
-mühasibat kargüzarlıq xidməti;
-maliyyə hesabatlarının hazırlanması;
-mühasibat uçotunun optimaziyası;
-onlayn mühasibatlıq.
Bizimlə əməkdaşlıq Sizə nə verir?
Azərbaycan qanunlarına uyğun təşkil edilmiş mühasibat xidməti;
Nəinki böyük şirkətlərin, kiçik müəssisələrin belə mühasibat uçotu olmadan mövcudluğu mövcud deyil. Biznes subyektlərində mühasibatlığın təşkili onun uğurlu inkişafının əsas elementlərindəndir. Uçotun düzgün qurulması, bərpası və aparılması mühasibatlığın təşkilinin əsas istiqamətləridir. Bizə müraciət etsəniz, biznes fəaliyyətinizin ilk günündən mövcud qanunlara uyğun mühasibat uçotunun qurulmasına kömək edərik. Bəzən mühasibat sisteminin qurulması düzgün aparılmır, nəticədə mühasibat uçotunun bərpası zərurəti yaranır. Bu xidməti vacib edən digər şərtlərdə var, məsələn:
-uzun müddət mühasibat uçotu aparılmaması;
-vəzifəsinin öhdəsindən gələ bilməyən baş mühasibin yeni işçi ilə əvəz edilməsi;
-ofisin dəyişməsi, komputer informasiya bazasının problemləri kimi fors-major hallar və s.
Beynəlxalq standartlar və Azərbaycanda mühasibat uçotu qanunvericiliyi uçot prosesinin fasiləsizliyini tələb edir, yəni mühasibat uçotu bərpa edilməzsə, maliyyə sanksiyaları şəklində itkilər mümkündür.
Biznes subyektlərində mühasibat uçotunun aparılması autsorsinqə müxtəlif səbəblərdən verilə bilər:
-maliyyə problemlərinin həlli üçün əlavə kadr resurslarına ehtiyac;
-yeni yaradılmış müəssisənin mühasibatlığında səriştəli mühasibin olmaması.
Belə hallarda edilən səhvlər maliyyə sanksiyalarına səbəb olur. Mühasibat xidmətlərinin aparılmasını bizə həvalə etməklə maliyyə itkilərini minimuma endirmək olar.
“C&S Group” konsaltinq şirkəti autsorsinq çərçivəsində müştərilərə mühasibatlıq, vergilər, vergitutma, kadr uçotu, təşkilati-hüquqi məsələlər üzrə də uçotun bərpası xidmətlərini təklif edir.
Bəzən müəssisə rəhbərlərinə elə gəlir ki, mühasibat uçotuna çəkilən xərclər, onun biznesə gətirdiyi faydalarla müqayisədə hədsiz çoxdur. Mühasibat uçotu bazarının təcrübəli əməkdaşlarından ibarət komandamız səmərəlilik baxımından ən əlverişli mühasibat uçotu qurmağı təklif edir. Belə mühasibatlıqda faydalı nəticələrin, xərclənən resurslara nisbəti optimal olacaqdır.
Azərbaycanda iqtisadiyyatın inkişafı mühasibat və vergi uçotunun səmərəliliyinə də təsir edir: qanunvericilik bazası yenilənir, normativ sənədlər mürəkkəbləşir. Bu dəyişikliklər nəinki fərdi sahibkar və uçotu özü qurmağa çalışan kiçik müəssisə direktorunu, hətta bəzən ən təcrübəli mühasibləri də çətinə salır. Belə vəziyyət yarandıqda bizim mühasibatlıq üzrə konsultasiya xidmətindən yararlana bilərsiniz.
Mühasibat məlumatlarının etibarlılığı, düzgünlüyü:
İstənilən müəssisənin iqtisadi fəaliyyəti çoxsaylı təsərrüfat əməliyyatları ilə müşahidə olunur. Bütün bu əməliyyatlar uçot sənədləri ilə rəsmiləşdirilməlidir. Unutmayaq ki, ilkin sənədlərdə , uçot qeydlərində ən kiçik səhv ciddi mübahisələrə səbəb olur, bəzən uzun müddət davam edən məhkəmə proseslərinə qədər aparır. Əməkdaşlarımızın çoxillik təcrübəsi istənilən növ sənədlərlə beynəlxalq standartlara, yerli normativ hüquqi aktlara əsasən işləməyə, mühasibat kargüzarlığını Azərbaycanda mühasibat qanunvericiliyinə uyğun qurmağa imkan verir.
Mühasibat uçotu məlumatlarının əsas keyfiyyət meyarı onların etibarlılığıdır. Bunu bir qayda olaraq, müəssisənin əmlakının, öhdəliklərinin vəziyyətini izləmək üçün aparılan inventarizasiya təsdiqləyir. İnventarizasiya müəssisə rəhbərinin təşəbbüsü əsasında könüllü və ya məcburi aparıla bilər.
Mühasibat xidmətlərinin dəyəri:
Mühasibat xidmətlərimizin dəyəri fərdidir. Qiymətə müəssisənin fəaliyyəti, görüləcək işlərin mərhələləri, habelə, şirkətdə maliyyə uçotunun vəziyyəti təsir edir. İstənilən halda xidmətə çəkilən xərc, onun olmaması yaxud aparılması zamanı yol verilən pozuntularla bağlı mümkün riskləri kompensasiya edir.
“C&S Group” –un xidmətlərini sifariş etmək üçün əlaqə saxlayın, görüş üçün əlverişli zamanı razılaşdıraq. Bizim ofisdə bir stəkan çay içərək sizin problemləri müzakirə edək, həll yolları tapıb biznesinizin çiçəklənməsinə dəstək olaq.