Mühasibat xidmətləri

11.04.2022C&S Group 1476

 

Mühasibat xidmətləri və düzgün mühasibat uçotunun qurulması “C&S Group” MMC-nin əsas fəaliyyət istiqamətlərindəndir.

Biz, sənədləşmə işlərinin, aylıq, rüblük və illik hesabatların hazırlanmasının, vergi ödənişlərinin və  ümumilikdə dövlət orqanları ilə ünsiyyətin sahibkarlardan nə qədər enerji və vaxt tələb etdiyini gözəl anlayırıq. Bütün bu məsələlərin həlli üçün sahibkar əməkdaşlar axtarmalı, onların işlərinə nəzarət etməli və təbii ki, əmək haqqı ödəməlidirlər.

Bəs siz əminsiniz ki, sizin mühasibinizin kifayət qədər təcrübəsi var və səhv etmir? Bildiyimiz kimi mühasibatlıqda edilən səhv çox baha başa gələ bilər, hətta şirkətin fəaliyyətini dayandırması ilə nəticələnə bilər. Məhz bu səbəblərdən biz müştərilərimizin öz bizneslərinə daha çox vaxt ayırmaları və bütün bu sadalanan problemləri həll etməyi öz boynumuza götürmüşük. Qeyd edə k ki, bütün işlər hazırki qanunvericiliyin tələblərinə tam uyğun şəkildə aparılır. Mühasibat məlumatları sizə şirkətinizin xərcləri, gəlirləri və borcların miqdarı haqda qiymətsiz məlumat verə bilir. Bu məlumatlardan istifadə etməklə siz şirkətinizin gələcək fəaliyyətini planlaşdıra və düzgün idarəetmə qərarları verə bilərsiniz.

 

Xidmətlərimizin dəyəri hər bir şirkət üçün individual olaraq müəyyənləşdirilir və işin həcmindən asılıdır. İşin həcmini isə işçi sayı, sənəd sayı, hesabatların çətinliyi və digər amillər müəyyənləşdirir.

Ofisdə mühasib saxladıqda sizin ona ödəyəcəyiniz əmək haqqı mühasibatlıq şirkətinə ödəyəcəyiniz əmək haqqıdan üstün olacaq və işin həcmi artsa sizin ikinci mühasibə ehtiyacınız yaranacaq. Siz, həmçinin, həmən işçinin proqram təminatı,  mebel və ofis ləvazimatı üçün də əlavə pul ödəməlisiniz. Sizin işçiniz səhvlərdən sığortalanmayıb və səhvlərinə görə məhz siz cavab verməli olacaqsınız.

Mühasibat xidmətlərini “C&S Group”a etibar etməyin üstünlükləri nələrdir?

-ofisdə saxladığınız mühasibə görə vergi və digər sosial ayırmalar ödəmirsiniz;

-bizə mühasibat xidmətləri üçün ödədiyiniz məbləğə ƏDV də daxildir;

-sizin ofisinizi böyütməyinizə, əlavə işçi üçün yer ayırmağınıza, komputerə və proqramlara pul xərcləməyinizə ehtiyac yoxdur;

-sizin kollektivin üzvlərinin sayı artmayacaq, kiçik kollektivi idarə etmək isə daha asandır;

-və ən önəmlisi əgər sizin mühasib şirkətinizi zərərə uğratsa, siz onu heç cür geri qaytara bilməyəcəksiniz. Ən yaxşı halda mühasibi işdən çıxaracaqsınız ki, bu da sizin zərərləri ödəmir. Bizim sizə təklif etdiyimiz xidmətlər zamanı mühasibat uçotunun və ya vergi hesabatlarının yanlış aparılması nəticəsində şirkətə dəyən zərər bizim tərəfimizdən qarşılanır.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın