Şirkətimiz tərəfindən təqdim edilən xidmətlərdən biri də mühasibat uçotunun aparılmasıdır. Kifayət qədər mürəkkəb olan bu prosesin öhdəsindən böyük təcrübə və ciddi professional hazırlığı olan peşəkarlarımız məsuliyyətlə və yüksək səviyyədə gəlir. Mühasibatlıq uçotu üzrə təklif etdiyimiz xidmətləri nəzərinizə çatdırırıq:
-mühasibat uçotu sisteminin təşkili: biz, Sizin müəssisədə mühasibatlığın aparılması prosesini tərtib edə bilər, ştatlı mütəxəssislərimiz sizi daima yeniliklərdən məlumatlandıra bilər və Sizi maraqlandıran hər hansı bir məsələ üzrə məsləhətlər təqdim edə bilərlər;
-mühasibat uçotunun təftişi: şirkətinizdə mühasibatlıq işlərinin vəziyyətini təftiş edə bilər, ilkin sənədlərin tərtibatının düzgünlüyünü yoxlaya bilər, müəssisədə aparılan hesabatın qanunvericilik normalarının tələblərinə uyğun gəlməsi baxımından təhlilini verə bilərik.
-uçot siyasətinin tərtibatı: mütəxəssislərimiz fəaliyyətinizin bütünlüklə diqqətlə öyrənəcək və zərurət yarandığı təqdirdə, təkmil və optimal uçot siyasətini, habelə, ən uyğun gələn maliyyə strategiyasını hazırlaya biləcək;
-vergi uçotu: vergilərin hesablanmasını və Sizin biznes üçün ən optimal olan vergi ödənişi sistemini seçməkdə sizə kömək ola bilərik. Biz bu istiqamətdə müstəqil surətdə Sizin vergi uçotunu formalaşdıra bilərik. Bununla Siz büdcə ödənişlərinizə də qənaət etmiş olarsınız;
-məsləhətlər: bizim mütəxəsislərimiz sizin üçün rahat olan zamanda həm şifahi, həm də yazılı formada zəruri izahlar, şərhlər və məsləhətlər verə bilər;
-banklarla iş: banklarla aparılmalı olan əməliyyatlar, ödəniş tapşırıqlarının hazırlanması, bank çıxarışlarının çeşidlənməsi və saxlanması, eləcə də, cari hesab üzrə bütün zəruri sənədlərin hazırlanması xidmətini Sizə təqdim edirik;
-hesabatların verilməsi: mühasibat uçotunun aparılması prosesinə mühasibat hesabatları və bəyannamələrinin hazırlanması da daxildir. Mühasibat uçotunun aparılmasını bizə etibar etməklə Siz yarana biləcək risk və problemlərdən, eləcə də, əlavə iş yerləri açmaq, təşkilati texniki təminatı həll etmək və digər zəruri məsələlərin təşkilindən azad olmuş olursunuz;
-mühasibatlıq hesabatların hazırlanması: hər kəsə məlumdur ki, şirkətin ciddiliyi onun mühasibat uçotunun nə dərəcə ciddi və şəffaf aparılması ilə ölçülür. Hesabatların yerli qanunvericiliyə uyğun tam dolğun və vaxtında hazırlanması, hesabat dövrünün sonunda nəzarətedici orqanlara təqdim olunması vacib amillərdən biridir. Eləcə də, tələb olunan müvafiq bəyannamə və yaxud da hər hansı hesabat forması səliqəli və vaxtında tərtib edilməlidir.
Mühasibatlıq üzrə hesabatların hazırlanması, dəqiqlik, diqqət, ardıcıllıq, professionallıq tələb edən mürəkkəb işdir. Şirkətin fəaliyyəti böyük həcmli olmasa və az ştat işçiləri ilə kifayətlənsə belə qanuna uyğun olaraq hesabatların təqdim edilməsi məcburi bir prosedurdur. Aktiv şəkildə biznes fəaliyyətinə başlamayanlar da vergi, DSMF və statistika orqanları qarşısında hesabatlar təqdim etməlidirlər. Heç bir məlumatı olmayan, balansı sıfıra bərabər olan firmalar da bu prosesi tam qanunvericiliyə uyğun olaraq keçməlidir. Əks halda vaxtında təqdim edilməyən hesabatlara görə ciddi cərimələr nəzərdə tutulur.
Bu işi ixtisaslaşdırılmış mütəxəssislərimizə və bu sahədə peşəkarlara həvalə etməklə yüksək səviyyədə xidmət əldə etmiş olursunuz. Məhz hesabatlar, Sizin dövlət və nəzarətedici orqanlar qarşısında simanızdır.