Mühasibat uçotu və xidmətləri

27.01.2026C&S Group 82


Sahibkarlara təklif etdiyimiz xidmətlərdən başlıcası mühasibat uçotunun aparlmasıdır. Bu, kifayət qədər mürəkkəb proses olub, böyük təcrübə və ciddi professional hazırlıq tələb edir. Peşəkarlardan ibarət komandamız ilə biz bu xidmətin öhdəsindən operativ şəkildə gəlirik və  xidmətlərimizin keyfiyyətinə, məsuliyyətli aparılmasına zəmanət veririk. Mühasibatlıq uçotu üzrə xidmətlərimizi qısa formada nəzərinizə çatdırırıq:

-mühasibat uçotu sisteminin təşkili: müəssisədə mühasibatlığın aparılması prosesini tərtib edir, ştatlı mütəxəssislərimiz daima yeniliklər haqqında sizi məlumatlandırır və Sizi maraqlandıran hər hansı bir məsələ üzrə məsləhətlər təqdim edirik;


-mühasibat uçotunun təftişi: müəssisə mühasibatlığında vəziyyəti yoxlayıb, uçot prosesini təftiş edib, ilkin sənədlərin tərtibatının düzgünlüyünü yoxlaya bilərik, müəssisədə aparılan hesabatın qanunvericilik normalarının tələblərinə uyğun gəlməsi baxımından təhlilini apara bilərik;


-uçot siyasətinin tərtibatı: mütəxəssislərimiz fəaliyyətinizin bütünlüklə diqqətlə öyrənəcək və zərurət yarandığı təqdirdə, təkmil və optimal uçot siyasətini, habelə, ən uyğun gələn maliyyə strategiyasını hazırlaya biləcək;


-vergi uçotu; vegilərin hesablanmasını və Sizin biznes üçün ən optimal olan vergi ödənişi sistemini seçməkdə sizə kömək ola bilərik. Biz bu istiqamətdə müstəqil surətdə Sizin vergi uçotunu formalaşdırır və bununla büdcə ödənişlərinizə qənaət etmiş oluruq; 


-məsləhətlər; mütəxəsislərimiz Sizə həm şifahi, həm də yazılı formada məsləhətlər verə bilər;


-banklarla iş; banklarla aparılmalı olan əməliyyatlar, ödəniş tapşırıqlarının hazırlanması, bank çıxarışlarının çeşidlənməsi və saxlanılması, eləcə də, cari hesab üzrə bütün zəruri sənədlərin hazırlanması xidmətini təqdim edirik;


-hesabatların verilməsi; mühasibat uçotunun aparılması prosesinə dövlət orqanlarına hesabatlarının və bəyannaməsinin hazırlanması da daxildir. Hesabatların yerli qanunvericiliyə uyğun tam dolğun və vaxtında hazırlanması, hesabat dövrünün sonunda nəzarətedici orqanlara təqdim olunması vacib amillərdən biridir. Şirkət fəaliyyətinin həcmi böyük olmasa və az ştat işçiləri ilə kifayətlənsə belə qanuna uyğun olaraq hesabatların təqdim edilməsi məcburi bir prosedurdur. Cərimə ödəməmək üçün heç bir məlumatı olmayan, balansı sıfıra bərabər olan şirkətlərdə bu prosesi tam qanunvericiliyə uyğun olaraq keçməlidir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın