Mühasibat uçotu və vergi münasibətləri

10.04.2026C&S Group 26

 

Mühasibat xidmətləri şirkətin maliyyə uçotunun düzgün aparılması, vergi və qanunvericilik tələblərinə uyğunluğun təmin edilməsi və maliyyə vəziyyətinin dəqiq təhlili üçün vacibdir. Peşəkar mühasibat uçotu biznesin şəffaf idarə olunmasına, risklərin azaldılmasına və düzgün maliyyə qərarlarının qəbul edilməsinə kömək edir.

Aşağıdakı mühasibat xidmətlərini həyata keçiririk:

-aylıq, rüblük və illik hesabatların hazırlanıb nəzarətedici qurumlara təqdim edilməsi;

-mühasibat uçotunun aparılması və uçotun bərpası;

-mühasibat uçotunun dövrü yoxlanışı və rəyin verilməsi;

-maliyyə hesabatları;

-bank hesablarının açılması;

-bankda köçürülmələrin aparılması;

-vergilərə və DSMF –yə ödəniləcək vəsaitlərin hesablanması və ödənilməsi;

-elektron qaimə fakturalarının yazılması;

-kassa və maliyyə intizamına riayət olunması;

-kassa aparatının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması;

-nəzarətedici orqanlarla mübahisəli məsələlərin həllində kömək;

-əməliyyatların və ilkin sənədlərin qəbulu, sonrakı təhlili və qeydiyyatı;

-əmək haqqının hesablanması;

-amortizasiya məbləğlərinin hesablanması;

-cari mühasibat məsələləri üzrə məsləhət xidmətlərinin təqdim edilməsi.

Şirkətimiz eyni zamanda vergi münasibətləri üzrə dövlət və vergi ödəyicisi arasında maliyyə öhdəliklərinin düzgün və qanunvericiliyə uyğun şəkildə yerinə yetirilməsini təmin edir. Düzgün qurulmuş vergi münasibətləri biznes fəaliyyətinin şəffaf aparılmasına, maliyyə risklərinin və cərimələrin qarşısının alınmasına kömək edir.

Vergi münasibətləri xidmətlərimiz əhatə edir:

-vergi qanunvericiliyi ilə müəyyən edilmiş aylıq, rüblük və illik hesabatların hazırlanıb təqdim edilməsi;

-vergi qeydiyyatı, uçot və qeydiyyatın ləğvi üçün müraciətlərin hazırlanması (VÖEN-in alınması, bağlanması, nəzarət kassa aparatı, obyekt kodu və s.);

-fəaliyyətinizə və gəlirinizə qanunla müəyyən edilən qaydada vergi növünün seçilməsi;

-vergi qanunvericiliyinin tətbiqi ilə bağlı ətraflı məsləhət xidmətləri;

-vergi orqanı tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyaların məhkəmə və inzibati qaydada həllində kömək;

-həmçinin, vergi münasibətləri zamanı yaranan digər mübahisələrin həllində kömək.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın