Mühasibat uçotu üzrə xidmətlər

12.03.2025C&S Group 570

 

Mühasibat uçotu, vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesabatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.

Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə həm gəlir, həm də zərər əl edə bilər.

Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır. Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.

Mühasibat uçotuna, biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin həm hazırki vəziyyətini öyrənmək olar, həm də onların gələcəyi haqqında proqnozları vermək olar.

Şirkətimiz fiziki və hüquqi şəxslərə mühasibatlıq və vergi uçotu üzrə xidmətlərini təklif edir:

-maliyyə-mühasibatlıq, vergi qanunvericiliyi  və şəffaf uçot sisteminin qurulması üzrə konsultasiyaların verilməsi;

-aylıq, rüblük və illik hesabatların Vergilər Departamentinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə və Məşqulluq digər idarələrə təqdim edilməsi;

-maliyyə hesabatlarının hazırlanması (balans, mənfəət zərər hesabatları);

-bank hesablarının açılması, ödəniş tapşırıqlarının tərtib olunması, bank köçürmələrinin aparılması, korparativ kart sifarişi, internet banking üçün müraciət və lazımı sənədlərin hazırlanması, ödəmələrin nəzarətdə saxlanılması, pos terminal üçün lazimi sənədlərin hazırlanıb banka təqdim olunması;

-malların və xidmətlərin elektron qaydada yığılması;

-VHF -nın tərtib olunması və göndərilməsi;

-qaimə fakturalarının yazılması;

-vergidən gələn məktubların cavablandırılması;

 -kassa kitabının və kassa sənədlərinin hazırlanması;

-aylıq mal qalığı, hesab qalığı və debitor kreditor məlumatların verilməsi;

-hər bir mal üçün maya dəyərinin hazırlanması;

-Elektron Hökümət portalından məlumatların götürülməsi, YGB-in nəzarəti;

-və maliyyə üzrə digər xidmətlər.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın