Müəssisədə kadr uçotunun qurulması

24.10.2025C&S Group 210

 

Müəssisədə kadr uçotunun qurulmasına haradan başlayacağınıza əmin deyilsiniz, kadrlar üzrə sənədləri qanuna uyğunlaşdırmaq və mövcud kadr uçotunu sahmana salmaq istəyirsiniz?

Bu halda peşəkarların xidmətlərindən yararlanaraq kadr uçotunu əvvəldən düzgün qurmaq önəmlidir.

 

Kadr uçotu qanunla tənzimlənir və müəssisədə mühasibat uçotu kimi onun da aparılması məcburidir. Əks təqdirdə tənzimləyici orqanların cərimə və sanksiyalarına hazır olmalısınız.

Əgər şirkətiniz artıq fəaliyyətdədirsə amma kadr uçotunun aydın sistemi yoxdursa, bu halda əvvəlcə kadr xidmətləri çərçivəsində uçotun auditi aparılacaq, sənədlərin vəziyyəti, etibarlılığı qiymətləndiriləcək, səhvlər müəyyən ediləcək. Növbəti addım bütün çatışmazlıqların qüvvədə olan standartlara uyğun aradan qaldırılması, sənədləşmənin müəyyən edilmiş qaydalar çərçivəsində təşkil edilməsi olacaq.

 

Biz, fəaliyyətindən və işçi heyətindən asılı olmayaraq həm şirkətlər, həm də fərdi sahibkarlar üçün kadr uçotunun qurulması xidmətlərini göstəririk.

 

C&S Group konsaltinq şirkətinin kadr xidmətləri sizi tam ştatlı mütəxəssis saxlamaq, ona aylıq əmək haqqı vermək ehtiyacından azad edəcək, işçilərin əmək məsələləri ilə bağlı iddialarının həllinə sərf olunan vaxtınız və xərcləriniz əhəmiyyətli dərəcədə azalacaq.

Biz kadr uçotunun qurulması ilə yanaşı, kadr uçotunun aparılması, kadr sənədlərinin auditi, işçi heyəti üzrə hesablaşmalar üzrə xidmətlər də təklif edirik.

 

Bakıda konsaltinq xidmətləri bazarında uğurla fəaliyyət göstərən şirkətimiz sizə müqavilə əsasında aşağıdakı kadr xidmətlərini təklif edir:

 

-kadr uçotunun idarə edilməsinin qurulması;

-ştat cədvəlinin, vəzifə təlimatlarının hazırlanması;

-ştat cədvəlinin ƏMAS – da qeydiyyatı;

-müəssisədaxili normativ aktların: daxili əmək intizamı qaydalarının, iş vaxtı rejimi qaydalarının hazırlanması, fərdi məlumatların qorunması haqqında əsasnamənin, əməyin mühafizəsi haqqında əsasnamənin, kadr uçotunun qurulması ilə bağlı digər hüquqi normativ sənədlərin tərtib edilməsi;

-əmək müqavilələrinin, işə qəbul üzrə əmrlərin hazırlanması;

-kadrların hərəkəti ilə bağlı prosedurların icrası (əmək müqavilələrinin, işə qəbul, yerdəyişmə, işdən çıxarılma, məzuniyyətlər, ezamiyyətlər, mükafatlar, vaxtın izlənməsi və s.)

-əmək müqavilələrinin ƏMAS-də rəsmi qeydiyyatı;

-işçilərin şəxsi vərəqələrinin tərtib edilməsi üzrə kadr xidmətləri;

-işçilərin şəxsi işlərinin formalaşdırılması;

-maddi məsuliyyət haqqında müqavilənin hazırlanması;

-bonus sisteminin qurulması, məzuniyyət qrafikinin tərtib edilməsi

-əmək kitabçalarının, hərbi qeydlərin aparılması.

Kadr uçotunun qurulması xidməti ilə bağlı müqavilə qüvvəyə mindiyi andan bitənə qədər biz sizə insan resursları üzrə uçotun qurulması ilə bağlı xidmətləri təqdim edirik.

Nəzərinizə çatdırırıq ki, kadr xidmətləri göstərilərkən sizin əməkdaşların şəxsi məlumatlarının açıqlanmaması ilə bağlı müqavilə imzalanlır və bu, bizim etibarlılığımızın, sizin bizə verdiyiniz məlumatların məxfiliyinin təminatıdır. Xidmətin qiyməti fərdi qaydada, sizinlə müzakirə edilərək təyin edilir.

 

Şirkətimiz ilə xidmət müqaviləsi bağlamaqla üstünlük qazanacağınız nüanslar hansılardır?

 

– kadr uçotunun qurulması xidmətini sifariş etməklə bizim timsalımızda şəxsi köməkçi tapacaqsınız. Təcrübəli mütəxəssislərimiz problemləri peşəkar səviyyədə həll edəcək ki, bu da hər bir müəssisə üçün zamana qənaət deməkdir;

– işçi axtarmaq və öyrətmək lazım olmayacaq, onları işə götürməyə, maaş və mükafat verməyə ehtiyac qalmayacaq ki, bu da resurslara qənaətdir;

– əsaslı kadr xidmətləri çərçivəsində iş yerlərinin,  müasir avadanlıqların, bahalı proqram təminatının alınmasına, müntəzəm təkmilləşdirmə kurslarına pul xərcləməyəcəksiniz.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın