Miqrasiya hüququ sahəsində hüquqi xidmətlər

13.12.2021C&S Group 1367

 

 

Bütün dünyada gedən proseslər, o cümlədən, Azərbaycan Respublikasının davamlı və dayanıqlı inkişafı ölkəmizi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəzərində getdikcə daha da cazibəli vəziyyətə gətirməkdədir. İş,təhsil, turizm və bu kimi məqsədlər üçün Azərbaycana üz tutan əcnəbi şəxslərin sayı durmadan artır.

 Hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına gəldiyi andan etibarən miqrasiya qanunvericiliyinin təsir dairəsinə düşür. Miqrasiya qanunvericiliyinin şərtlərinin pozulması cərimə, əcnəbi və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması və digər hüquqi nəticələrə səbəb olur.

Eyni zamanda, miqrasiya qanunvericiliyinin pozulması ilə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin işə qəbul edilməsi işəgötürənlər barədə ciddi sanksiyaların tətbiqi ilə nəticələnir.

Bütün bunlara görə, Azərbaycan Respublikasına gələn əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, eləcə də, onlarla əmək münasibətləri quran işəgötürənlərə miqrasiya hüququ sahəsində professional hüquqi yardım göstərilməsinə ehtiyac yaranır. 

Siz miqrasiya məsələləri üzrə istədiyiniz vaxt “C&S Group”  konsaltinq şirkətinə müraciət edə bilərsiniz. Miqrasiya məsələləri üzrə vaxtında edilmiş müraciət Sizi miqrasiya qanunvericiliyinin pozulmasından irəli gələn problemlərdən sığortalayacaq və böyük məbləğdə cərimə, sanksiyalardan qoruyacaqdır.

Şirkətimizdə Azərbaycan Respublikası ərazisində miqrasiya məsələləri ilə bağlı aşağıdakı hüquqi xidmətlər göstərilir:

-miqrasiya məsələlərinə (Azərbaycan Respublikasına gəlmə, Azərbaycan Respublikasından getmə, Azərbaycan Respublikasında müvəqqəti olma, müvəqqəti və daimi yaşama, əmək fəaliyyəti ilə məşğul olma, işə götürmə, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət və s.) dair hüquqi konsaltinq;

-əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmə, müvəqqəti olma, müvəqqəti və ya daimi yaşama və əmək fəaliyyəti ilə məşğul olma hüququnun verilməsi (müddətin uzadılması) üçün tələb olunan və s. miqrasiya sənədlərinin, miqrasiya məsələləri ilə bağlı ərizə və şikayətlərin hazırlanması;

-əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmə, müvəqqəti olma, müvəqqəti və ya daimi yaşama və əmək fəaliyyəti ilə məşğul olma hüququnun verilmədiyi (müddətin uzadılmadığı) barədə imtina qərarlarından şikayət edilməsi, bu qərarların araşdırılması və ləğvi ilə bağlı hüquqi xidmətlər;

-əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması və onlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma barədə qərardan şikayət edilməsi və bu qərarların ləğvi ilə bağlı hüquqi xidmətlər;

-miqrasiya problemlərinin həlli ilə bağlı mübahisələrdə müvafiq dövlət orqanlarında müştərinin təmsil olunması;

-əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə (əmək, seçki, vergi və s. hüquqlar) əməl edilməməsinə dair şikayətlər üzrə hüquqi xidmətlər, o cümlədən,  əməkçi miqrantların hüquqlarınını müdafiəsi ilə bağlı hüquqi yardım.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın