Məsləhətçi rəhbər

11.01.2021C&S Group 1741

 

Sərbəst çalışan məsləhətçi və konsaltinq şirkətinin rəhbəri olan sahibkarla biznesiniz haqqında fikir mübadiləsi etmək ..  fərqlər nələrdir?

Sərbəst şəkildə fəaliyyət göstərən məsləhətçi və bir konsaltinq şirkətinin sahibi arasında fərqlər çoxdur və  qeyd olunmalıdır ki, bir çox insan bu fərqi anlamır.

Əgər siz müştərinizi digər agent şirkətlərdən qazanırsınızsa və bir müştəriyə uzun müddət xidmət göstərirsinizsə ,konsaltinq işi ilə məşğul olursunuz deyə bilərik, lakin bu nöqtədə siz tam olaraq məsləhətçi sayılmır, podratçı hesab olunursunuz. Bu müddət ərzində agent rolunu icra edən şirkətlər sizin gördüyünüz iş müqabilində böyük qazanc əldə edir, lakin sizin özünüzə məxsus bir biznesiniz olmur. Onların yeni layihələrə keçid etdiyi gün sizin “biznes”inizi itirdiyiniz gündür.

Əgər siz doğurdan da dayanıqlı, inkişafa yönəlik və qazanc əldə etdirən konsaltinq biznesi qurmaq istəyirsinizsə, öz fikirlərinizi sərbəst məsləhətçi və ya  podratçı fikirlərindən bir şirkət sahibi olan rəhbərin fikirlərinə dəyişdirməlisiniz.

Qeyd etdiyimiz kimi əməkdaşlıq etdiyiniz şirkətlər sizə müştəri verməyi dayandırdısa, müştəriniz olmadı təqdirdə biznesiniz yoxdur, çünki siz işiniz üçün aktiv yaratmamısınız. İşinizə dəstək verəcək heç bir nüans yoxdursa, deməli, siz sıfırdan başlamağa məcbursunuz. Bu formada çalışıb, bizə müraciət edən bir çox məsləhətçi olubdur ki, bir müddət bizim kimi şirkətlərlə əməkdaşlıq edərək hər ay bir müştəridən digərinin işinin icrasına keçid ediblər. Əslində onlar marketinqdə “roller coaster” adlanan yellənçəyə minirlər . Hər dəfə yeniden başlamaq məcburiyyətindədilər. İşlərində tutarlılıq yoxdur,  proqnozlaşdırılacaq heçnə yoxdur, çünki ortada  biznes yoxdur.

Hazırda daha böyük konsaltinq şirkətlərində və ya digər mikro konsaltinq şirkətlərində işləyən məsləhətçilər də var. Onlar məsləhətçi ola bilərlər amma bir biznes sahibi olmadığı üçün iş sahiblərinə məsləhət vermirlər. Sadəcə şirkətin müştəriləri ilə məsləhətləşmə işləri aparırlar, lakin qeyd olunmalıdır ki,  onlar təşkilat daxilində məsləhətçidirlər. Sahibkar olmanız bəzən illər çəkə bilər, ancaq bu nöqtədə hər zaman vacib olan bir sonraki səviyyəyə keçmək istəyidir.

Əgər siz bir şirkətdə məsləhətçi kimi çalışırsınızsa, özünüzə məxsus biznesiniz olması üçün müəyyən işlər görməlisiniz ki, quracağınız biznes inkişafa açıq olsun. Bu yolda bir çoxlarının qarşılaşacağı problemlərdən başlıcası marketinqdir. Siz, marketinq və satış qaydalarını öyrənməlisiniz. Bu, o demək deyil ki, sizin həmən sahələrdə iş təcrübəniz mütləq olmalıdır və ya siz ekstrovert biri olmalısınız. Əslində, satış sahəsinə gəldikdə, introvertlərin ekstrovertlərdən daha çox üstünlüyü var. Bu nöqtədə marketinqinizi idarə edəcək tək şey marketinqinizə qoyacaqlarınızdır; düşünün işinizi qurmaq üçün nələr etdiniz? Siz yenə də əvvəlki kimi sərbəst məsləhətçi ola bilərsiniz, lakin bir şirkəti idarə edib və bir biznes sahibi olmaq, bu işi böyütmək üçün marketinq yönümlü çalışmanız gərəkdiyini, satış edib  öz markanızı tanıtmaq və bazarla əlaqələr qurmaq önəmlidir.

Və son olaraq biz, həmən insanlara müraciət edirik ki, hansı ki biznes qurmaq istəyir, öz potensiallarından istifadə edərək qazanc əldə etmək istəyir. Hansı ki, xidmət göstərmək istədiyi müştərilərini özləri seçmək istəyir və gördükləri iş üçün xidmət haqqını qaldırmaq arzusundadır. Fikirləriniz bu yönümdədirsə, deməli, siz şirkət sahibi olmaq potensialındasınız.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın